19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Sumqayıt"ı böyük məbləğdə cərimə gözləyir

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunu 6400 manat cərimələyə bilər.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, buna səbəb "gənclik şəhəri" təmsilçisinin Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi”yə evdə 1:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

Referi Rəşad Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası görüşün ardından tunelə daxil olmaq istədiyi vaxt narazı azarkeşlərdən biri tribunadan alışqan tullayıb. Alışqan hakimlərdən bir qədər aralı düşüb. AFFA-nın İntizam Kodeksində meydana kənar əşyanın atılmasına görə 1600 manat cərimə nəzərdə tutulur.

76-cı dəqiqədə “ağ-qaralar”ın müdafiəçisi Mamadu Mboc hesabı bərabərləşdirdikdən sonra onun komanda yoldaşı Kirilo Petrov topu rəqib qapıçı Mehdi Cənnətovdan alaraq, meydanın mərkəzinə aparmaq istəyib. Qolkiper isə onu dirsəyi ilə vuraraq yerə yıxıb və nəticədə qırmızı vərəqə alıb. İntizam Kodeksinə əsasən, rəqibə əllə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Referi 85-ci dəqiqədə 4-cü hakimin işarəsindən sonra “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu texniki zonanın xəttini keçdiyi üçün meydandan kənarlaşdırıb, köməkçisi Mehman Yunusova isə xəbərdarlıq edib. Baş məşqçi texniki zona qaydalarına riayət etməməsi səbəbindən kənarlaşdırıldıqda 1 oyunluq cəza və 800 manat cəriməyə məruz qalır.

“Neftçi” ilə dueldə 4 futbolçusu - Peyman Babayi, Rail Məlikov, Ülvi İsgəndərov və Əli Babayev sarı vərəqə aldığına görə “Sumqayıt” əlavə 800 manat da ödəməli olacaq.

Qeyd edək ki, “Kapital Bank Arena”da keçirilmiş oyun hakimlərin mübahisəli qərarları ilə yadda qalıb. Xüsusən, 2 dəfə penalti epizodunda ədalət təmsilçilərinin "davam" işarəsi vermələri birmənalı qarşılanmayıb. 13-cü dəqiqədə qonaqların müdafiəçisi Tural Axundov meydan sahiblərinin yarımmüdafiəçisi Ehtiram Şahverdiyevi cərimə meydançasının daxilində arxadan itələsə də, referinin fiti susub. Baş hakim “Sumqayıt”ın orta xətt oyunçusu Əli Babayevin 32-ci dəqiqədə cərimə meydançasında “Neftçi”nin forvardı Baqali Dabonun qarşısını almasını da qayda pozuntusu kimi qiymətləndirməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30