24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qarabağ” - “Xəzər Lənkəran”: qonaq komanda sindromu

Premyer Liqanın 3-cü turunun mərkəzi oyununda “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, ötən mövsümün yekunlarına əsasən hər iki klub Avropa Liqasına vəsiqə qazanmışdı. “Xəzər Lənkəran” 2-ci mərhələdə mübarizəni dayandırsa da, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində düşmək üçün mübarizəni davam etdirir. Komandalar arasında keçirilən oyunların balansına nəzər saldıqda hər iki komandanın 10 dəfə qələbə qazandığını və dörd oyunun heç-heçə iləbaşa çatdığını görmək olar.

13.12.2004

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

3:1

15.05.2005

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

3:0

02.10.2005

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

2:1

01.04.2006

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

2:0

09.11.2006

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

2:0

07.05.2007

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

1:4

26.08.2007

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

2:0

02.03.2008

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

2:0

22.11.2008

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

1:3

09.05.2009

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

1:0

30.10.2009

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

1:0

13.02.2010

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

0:0

03.04.2010

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

2:1

09.05.2010

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

2:1

30.10.2010

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

0:1

23.12.2010

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

1:2

10.04.2011

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

0:0

07.05.2011

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

1:1

17.09.2011

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

0:1

10.12.2011

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

0:0

11.03.2012

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

1:0

11.05.2012

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

4:1

27.10.2012

Xəzər Lənkəran - Qarabağ (Ağdam)

2:0

20.12.2012

Qarabağ (Ağdam) - Xəzər Lənkəran

1:0

 

Qeyd edək ki, son dörd qarşılaşmada səfər komandası xal qazana bilmir. “Qarabağ” cari çempionatda hamıdan çox – 7 qol vurub. Bu qollardan beşi braziliyalı Marinaldo da Silva (3 qol) və Reynaldo Silvanın (2 qol) aktivindədir. “Xəzər Lənkəran” ilk iki oyunda məğlub olmasa da, qələbə qazana bilməyib. Hər iki qarşılaşmada heç-heçə edən cənublular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qeyd edək ki, “Xəzər Lənkəran” “Qarabağ”la oyunda yeni transfer Etame Mbillanın xidmətindən yararlana biləcək. 25 yaşlı kamerunlu hücumçu Türkiyənin “Adanaspor” klubundan transfer olunub və keçmiş komandasının heyətində keçirdiyi 122 oyunda 61 qol vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30