29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bu gün çox vacib 3 xal qazandıq”

"Neftçi”nin müdafiəçisi Ömər Buludov klubun rəsmi saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, Topaz Premyer Liqanın 20-ci turunda "Sumqayıt"ın qapısına qələbə qolunu vuran gənc futbolçu qalibiyyətdə azarkeşlərin də böyük pay sahibi olduğunu bildirib:

"Çətin oyun oldu. Turnir cədvəlində vahid lider olmaq baxımından da çox vacib 3 xalı qazandıq. Qolu kimin vurması önəmli deyil, əsas odur ki, qalib gəldik. Nə yalan deyim, qələbədə payımın olması məni çox sevindirir. Hər dəfə olduğu kimi, növbəti oyunda da əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qələbə qazanaq, 1-ci pilləni əldən verməyək. Yeri gəlmişkən, bu qələbədə azarkeşlərimizin də payı böyükdür. Buna görə onlara təşəkkür edirəm”.

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31