24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Qəbələ" - "Səbail": 9-cu duel

Bu həftə Topaz Premyer Liqada 20-ci turun qarşılaşmaları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” öz meydanında “Səbail”i qəbul edəcək. Bu, komandaların cari mövsümdə 3-cü dueli olacaq. Mövsümün açılış matçında rəqibini 3:0 hesabı ilə yenən “qırmızı-qaralar” qış fasiləsi öncəsi qolsuz heç-heçəylə kifayətlənmişdi.

Ümumilikdə isə qarşıdakı matç rəqiblər arasında 9-cu duel olacaq. İndiyə qədər keçirilən 8 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 5 qələbə qazanan “qırmızı-qaralar” 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb - 16:7. Keçirilən matçlarda Baqali Dabo hamıdan çox - 6, Famussa Kone 3 qol vurub.

Premyer Liqa çərçivəsindəki 6 oyunda 3 qələbə qazanan “Qəbələ” 2 heç-heçə edib və 1 dəfə uduzub. Komanda top fərqində də öndədir - 11:5.

Bakı klubunu 5-ci dəfə qəbul edəcək “Qəbələ” 4 ev oyununun hamısında qol sevinci yaşayıb. 3 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” rəqib qapısına 8 top vurub, 2-ni buraxıb (gabalafc.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30