Ölkə futbolu
“Səbail”in hücumçusu: “Azərbaycana yenidən qayıtmaq istədim”
“Səbail”in bu qış heyətinə qatdığı hücumçu Oke Akpoveta klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir.
- 2011-ci ildən bu yana karyeranız Skandinaviya klubları ilə bağlı olub. Orada uzun müddət çıxış etməyiniz nə ilə bağlıdır?
- Peşəkar karyerama Nigeriyada başladım. Hələ gənc ikən Norveçə getdim. “Lil Strong” klubuna baxışa dəvət etdilər. Baxışda oldum və bir neçə gün məşq etdim. Sonra agentim Danimarkanın “Brondbü” klubuna gətirdi, bir müddət məşqlər keçdim və 4 illik müqavilə bağladım. Lakin müqavilə imzaladıqdan 3 həftə sonra zədələndim. Müalicədən sonra əsas komandaya qayıtmaq çətin oldu. Klubla qarşılıqlı razılığa gələrək müqaviləmi pozdum. Ondan sonra mənə “Rəvan”dan təklif gəldi, 5 aydan çox orada oynadım. Öz üzərimdə çox çalışırdım. “Rəvan”dan sonra mənə bəzi klublardan təkliflər gəlsə də –bunların arasında “İnter (Bakı)”, “Xəzər Lənkəran”, “Neftçi” klubları da var idi – mən və agentim düşündük ki, digər Avropa klublarının təkliflərinə baxaq. 22 yaşım var idi və Danimarkanın 2-ci liqasında oynayan “Bronsoy” klubu ilə ilyarımlıq müqavilə imzaladım. Bir il orada oynadım və bombardir oldum. Sonra “Linqbi” komandasına keçdim. Əvvəlcə işlərim çox yaxşı gedirdi, amma sonra oynamaq şansım az olduğundan agentimlə belə qərara gəldik ki, icarə əsasında İsveçin “Frej” klubuna keçim. “Frej”də karyeramın bəlkə də ən yaxşı dövrünü keçirdim. Liqanın bombardiri oldum. 13 oyunda 12 qol, 7 qol ötürməsi… “Linqbi” ilə müqaviləm bitdi və azad oyunçu olaraq, “Dalkurt” klubuna keçdim. “Dalkurt”la 2,5 illlik müqavilə bağladım. Lakin 5 ay burada oynadıqdan sonra “Elfsborq” mənimlə maraqlandı və 5 günlük baxışa dəvət etdi. 3 günlük baxışdan sonra məşqçi heyəti məni çox bəyəndiklərini, transfer üçün nə lazımsa, edəcəklərini bildirdilər. “Dalkurt”un istəyəcəyi məbləği də ödəyəcəklərini dedilər. Beləliklə, “Elfsborq”a keçdim. Bu klubla 2 illik muqavilə imzaladım, burada da bombardir oldum. 1 il oynadıqdan sonra “Eksilstuna” komandasına qoşuldum. “Eksilstuna” ilə 2 illik muqavilə imzaladım. “Eksilstuna”da 4-5 oyun sonra qol vurdum, lakin bəzi zədələrim oldu. Həmin vaxt komandada olan başqa bir oyunçu həqiqətən çox yaxşı formada idi və mən yalnız 20-25 dəqiqə oynamaq şansı qazanırdım. Buna görə məşqçi ilə söhbət etdim və mənə gələn təklifləri dəyərləndirməyə başladım. Uzun müddət Skandinaviyada olduqdan sonra həyatımda yeni bir cığır açmaq istəyirdim. Norveçdən, Cənubi Afrikadan təklifimlərim var idi. Lakin Azərbaycana yenidən qayıtmaq istədim. Çünki buranı çox gözəl tanıyırdım. Azərbaycanda mənimlə daha iki klub maraqlanırdı. Lakin “Səbail”i seçdim. Çünki yeni yaranan klubdur, turnir cədvəlində mövqeyi yaxsıdır və bilirəm ki, burada məqsəd var. Kluba gələndən sonra düzgün qərar verdiyimə əmin oldum. Var gücümlə çalışacağam ki, klub öz hədəflərinə çatsın.
- Azərbaycanda çıxış etmişdiniz. 2014-cü ildə 11 oyunda meydana çıxdığınız “Rəvan”dakı 6 aylıq dönəmi necə xatırlayırsınız?
- “Rəvan”a gəldiyim vaxt, demək olar ki, komandanın aparıcı oyunçularından biri idim. Orada da məni çox yaxşı qarşıladılar. 6 ay - oynadığım müddət mənimçün çox yaxşı təcrübə oldu. Məşqçilər və oyunçular mənə güvənirdilər. Futbolda elə anlar olur ki, kədərlənirsən. Lakin həmin 6 ay mənim üçün çox yaxçı təcrübə oldu.
- Yenidən Azərbaycan klubunda çıxış etmək təklifi gələndə ilk olaraq nə düşündünüz?
- Agentim soruşdu ki, belə bir variant var, sən Azərbaycana, Bakıya yenidən getmək istərdinmi? Düşünmədən razılıq verdim. Çünki Bakını çox yaxşı tanıyıram. Bilirsiniz ki, ailəliyəm, iki övladım var. Bu şəhərə də yaxşı bələd idilər. “Səbail” klubu ilə bağlı təbii ki, mən də başqa futbolçular kimi araşdırma apardım, “Keşlə” ilə oyuna baxdım və ilk oyunda komandamız qalib gəldi. Komandamıza inanıram. Böyük məqsədlərimiz var. Hazırda Avropa Liqasına getmək şansımız mövcuddur. Komanda yoldaşlarımla birlikdə Avropa Liqası təcrübəsini yaşamaq istərdim.
- Çempionatımızda hansı dəyişikliklər diqqətinizi çəkdi? “Bayıl Arena” çoxmu dəyişib?
- Məncə, çempionat daha da inkişaf edib. “Bayıl Arena” ilə bağlı bir fərqi qeyd etmək istərdim ki, “Rəvan”da oynadığım dövrdə burada baza yox idi. Amma indi yeni və çox gözəl, hər cür şəraiti olan bazamız var. Bu da, komanda üçün çox müsbət bir haldır.
- Yeni klubunuzda ab-hava, təəssüratlarınız necədi?
- “Səbail”də əhval-ruhiyyə, komandadakı atmosfer çox müsbətdir, pozitivdir. Oyunçular məni çox yaxşı qarşıladılar. Komandaya yavaş-yavaş uyğunlaşmaqdayam. Burada ilk oyunum “Sabah”a qarşı oldu. 3 aydan sonra bu mənim ilk rəsmi oyunum idi və uğurlu start oldu - biz qalib gəldik. Bir komanda olaraq xarakterimizi, qələbəyə inamımızı göstərdik, istədiyimiz 3 xalı qazandıq. “Neftçi” ilə qarşılaşma isə çox inanılmaz oldu. Müdafiəilərimiz çox yaxşı oynadılar. Çox xoşbəxtəm ki, liderə qalib gəldik və gücümüzü göstərə bildik.
- “Səbail”ə tam uyğunlaşmağınız üçün nə qədər zamana ehtiyac var?
- Peşəkar futbolçu üçün uyğunlaşmaq asan olur. Bunun üçün mənə 1-2 ay vaxt lazım deyil. Peşəkar futbolçu klub üçün var gücünü ortaya qoymalıdır. Düşünürəm ki, futbolçu öz işinə peşəkarcasına yanaşmalıdır ki, uyğunlaşma qısa zamanda alınsın. Komanda ilə təlim-məşq toplanışı keçməməyim mənim üçün problem deyil. Cünki eyni vaxtda sabiq komandamla toplanışda olmuşam.
- Sizcə, “Səbail”in potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verirmi?
- Futbolda hər şey mümkündür. Hazırda turnir cədvəlində 3-cü yerdəyik. 1 və 2-ci yerdə olan komandalarla xal fərqimiz 8, 4-cü yerdə olan komanda ilə isə 6 xaldır. Hər bir oyunçumuza inanıram. Hədəflərimiz var, buna görə mübarizə aparırıq. Mövsümün sonunda hədəflərimizə catmaq üçün heç nə əsirgəmirik. İlin sonunda Avropa Liqasına vəsiqə qazanan komandalardan birinin “Səbail”ə olması üçün nə qədər gücümüz varsa, sərf edirik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
11:52
“Turan Tovuz”, yoxsa “Sumqayıt”?
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:51
Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
-
12:04
“Neftçi” ilə oyun bizim üçün həlledicidir"
-
11:48
Azərbaycan bilyardçısı Avropa çempionu olub
-
11:33
Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
-
11:19
Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
-
11:05
Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi