20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Nihat Kahveci: “Azərbaycanda futbola böyük dəstək var”

“Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycana səfər edən Türkiyə millisinin sabiq üzvü Nihat Kahveci bu gün jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, veteran hücumçu əvvəlcə Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

- Əvvəl Türkiyə millisinin heyətində Bakıya gəlmişdim. Səhv etmirəmsə, 7 il əvvələ təsadüf edir. Dünən hava limanından bəri görürəm ki, Bakı o gündən çox inkişaf edib, dəyişib. Dünən Ulduzlar Qarşılaşmasında iştirak etdim, yaxşı oyun oldu. Futbola ölkənizdə böyük dəstək var. Bu il Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkəniz üçün çox böyük şansdır. Belə böyük turnir vasitəsilə Azərbaycan daha da dünyada tanına bilər. Avropa Liqasında bu il çox güclü klublar - "Arsenal", "Napoli", “Çelsi”, "Benfika", "Vilyareal" və "Valensiya" kimi klublar var. Sanki bu yarış Çempionlar Liqasıdır. Buna görə də çox şanslı olduğunuzu düşünürəm. Bakıda gözəl bir final olacaq. Dünən bura gəldiyimizdən bəri yaxşı qarşılandıq, yaxşı vaxt keçirdik.  Buna görə də ölkə prezidenti cənab İlham Əliyevə, AFFA-nın prezidentinə və azərbaycanlı qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Burda olmaqdan xoşbəxtəm.

- Avropa Liqasında favorit komandanız hansıdır?

- İstəyərdim ki, finala Türkiyə komandalarından biri yüksəlsin, təəssüf ki, klublarımız mübarizəni dayandırdı. Düşünürəm ki, finalda İspaniya komandalarından biri olacaq. Əgər onlar növbəti mərhələlərdə bir-birilərinə rəqib olmasalar, böyük ehtimalla finalda azı 1 İspaniya təmsilçisi olacaq.

- Sabiq klubunuz "Vilyareal"ın şanslarını necə qiymətləndirirsiniz?

- "Vilyareal" İspaniya liqasında çətin günlər keçirir. Düşünürəm ki, onların əsas məqsədi liqada qalmaq olacaq. Yəqin ki, Avropa Liqasının finalına qədər irəliləməyə gücləri çatmayacaq. Bu mərhələyə qədər yüksəlmələri də onlar üçün yaxşı nəticədir.

- Dünən, "Ulduzlar qarşılaşması"nda sabiq komanda yoldaşınız, Kovaçeviçi axtarmadınız?

- Əgər istəsəydilər, mən onu da Bakıya gətirərdim. Belə görürəm ki, mən "Real Sosyedad"da oynadığım vaxt oyunları sizin ölkədə göstəriblər deyə, burada çoxlu azarkeşlərimiz var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30