19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Elxan Məmədov: “Bunu deyənlər futboldan uzaq insanlardı”

“Ötən il Millətlər Liqasında ümidlərimiz çox idi. Bəzi oyunlarda şans, bəzilərində isə əzmkarlıq çatmadı. Nəticədə qrupda ikinci yeri tutduq. Ancaq ruhdan düşmək olmaz. Milli komandamız çalışmalıdı ki, azarkeşləri sevindirsin”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov qurumun bu gün keçirilən Hesabat Konfransında  deyib.

O, uşaq futboluna diqqət artırıldığını və bu sahədə inkişaf getdiyini bildirib: "Rəsmi liqaların, milli komandaların oyunlarının sayı ildən-ilə artır. Futbol ayrı bir dünyadır, 11 nəfərdən ibarət idman növü deyil. Ötən ilin əsas priotitetlərimizdən biri yaratdığımız liqaları sabit səviyyədə saxlamaq idi. Tez-tez deyirdilər ki, Azərbaycanda uşaq futbolu yoxdur. Bunu deyənlər futboldan uzaq insanlardı. Ancaq həftəlik 245 oyun təşkil edilir. Bu liqaları təşkil etməklə sosial məsuliyyət daşıyırıq. Sağlam həyat tərzinin geniş vüsət almasına şərait yaradırıq. Problemlər var və bunu hər dəfə kollektiv şəkildə müzakirə edirik. Bu, böyük futboldur. Bütün problemləri həll etmək nə asandır, nə də mümkün. Aşağı yaş qruplarında ümidverici futbolumuz var. U-17, U-19 yığmalarımız iki ildən bir elit-raunda vəsiqə qazanır. Lakin futbolçu 18 yaşa çatanda peşəkar müqavilə imzalayan kimi, futbola az məsuliyyətlə yanaşırlar. Burda məşqçilərin öhdəsinə böyük iş düşür. Onlar uşağa futbol etikasını, davranışı öyrətməlidir. Buna görə də, son 11 ildə məşqçilər üçün 83 kurs təşkil etmişik. UEFA ilə birlikdə yaratdığımız təhsil proqramı yararlıdır. Məşqçilərimiz dayanmamalı, çalışmalıdılar".

E.Məmmədov Premyer Liqada komanda sayının az olmasına da  da toxunub: "Bu məsələ hər dəfə müzakirə olunur. Biz də 10 komandanın olmasını istəyirik. Bu gün 8 komandalı çempionat gedir, autsayder liderdən xal ala bilir. "Qarabağ" hər mövsüm avrokubokların qrup mərhələsində iştirak edir. Biz də istəyirik ki, 10 komanda olsun. Amma güclü, maliyyə mənbəyi yüksək olsun. Klublarımızla sıx əməkdaşlıq edirik və tələb edirik ki, AFFA kimi maliyyə hesabatları şəffaf olsun. Bu gün Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdır. Bunun 25 faizi zəmanət olmalıdır. Bununla Azərbaycan futbolunu sığortalayırıq. Əvvəlki illərdə klublarımızın maliyyə problemi olub. Amma zəmanət məşqçilərin, futbolçuların maaşlarını sığortalayır".

E.Məmmədov Avropa Liqasının Bakıda keçiriləcək finalı barədə də danışıb: "Bütün dövlət orqanları ilə əməkdaşlıq edilir. Böyük oyun olacaq. 3 gündən sonra biletlərin satışı UEFA tərəfindən başlayacaq. Dekabrda UEFA 1500 VİP bilet satışa çıxardı. Onların qiyməti 890 avrodu ki, təxminən 1700 manat edir. Həmin biletlər iki həftə ərzində satıldı. Azərbaycan daxilində cəmi 19 bilet alındı. Gözləntimiz odu ki, 20 min azarkeş xarici ölkələrdən gələcək. Azarkeşlərə demək istəyirəm ki, martın 7-dən biletləri ala bilərlər. Dünən də gözəl futbol şousu təşkil olundu və orda ölkə başçısı İlham Əliyevə Avropa Liqasının kuboku təqdim edildi".

Elxan Məmmədovun çıxışından sonra Portuqaliyanın əfsanəvi futbolçusu Deko Avropa Liqasının kubokunu zala gətirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30