20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Vacib 3 xal qazandıq”

“Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 19-cu turunda səfərdə “Keşlə”yə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bəzi aparıcı futbolçuların meydana çıxmamasının səbəbini açıqlayıb: “Rəşadın mikrozədəsi olduğu üçün risk edib, oynatmadıq. Meydançanın süni ot örtüyü olmasına görə Reynaldonun oynamasından ehtiyat elədik. Aqolli isə sırf seçim məsələsidir”.

Q.Qurbanov əvəzedici komandaya göndərdiyi Araz Abdullayevin yenidən əsas heyətə qaytarmasına da aydınlıq gətirib: “Bəzən belə hallar olur. Futbolçu kiçik bir müddəti oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də bu gün əsas heyətə qaytardım”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30