29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kaş ki pis oynayıb, xal qazanardıq”

“İki fərqli hissə izlədik. İlk yarıda topa nəzarət edə bilmirdik. Xırda bir səhvdən sonra rəqib bizi əks-hücumda yaxaladı və qol vurdu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 19-cu turunda bu gün "Qarabağ"a uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

Məğlubiyyəti şərh edən çalışdırıcı komandasındakı problemlərdən danışıb: "Kaş ki pis oynayıb, xal qazanardıq. Bəzi zədəlilərimiz vardı. Bu gün Amil Yunanov 4-cü sarı vərəqəsini aldı. İkinci hissə gələcəyə ümid verirsə, ilk yarıdakı nöqsanlardan nəticə çıxarmalıyıq.

Əsas problemlərimiz arxaya, xüsusən də qapıçıya ötürmə etməklə bağlıdır. Rəqibi təzyiq altında saxladığın vaxtda qapıçı Kamran Ağayevə ötürmə verilir. Məşqlərdə daha çox bunun üzərində işləyirik. Səbəbi mənim üçün də qaranlıqdı. Alınmır ki, alınmır”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31