24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Samir Abasov: "Ona demişdik ki, planlarımıza daxil deyilsən"

“Çox şey demək olmur. Qalib gəlməyi həddindən artıq istəyirdik. Sevindiricidir ki, uduzmadıq. Həm də heyf ki, uda bilmədik. Yaxşı imkanlarımız da oldu. Bizim adımıza ən pisi qolu özümüzün vurmasıdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 19-cu turunda evdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

“Həmdinin oyuna girməsi, daha doğrusu əvvəlcədən olmaması bizə pis təsir edir. Təəssüf ki,  cəmi iki gün məşq etdiyi üçün həkimlər onun yalnız 30-35 dəqiqə oynamasına icazə vermişdi. Ancaq risk alıb oynatdıq. Bilal təkbətək mübarizələrdə çox yaxşı oyunçudur. Qapanan komandaya qarşı faydalı olur. İsmael Fofana isə yalnız Xulio Sezar Rodrigesin zədələnməsi səbəbindən oyuna daxil edildi. Bu gün xal itirməyimiz bizi çox üzdü".

S.Abasov Pərdis Fərcad-Azadın heyətə daxil edilməməsininin səbəbini açıqlayıb: “Pərdisin heç bir səhvi yoxdur. Biz hücum xəttimizi iki yeni oyunçu ilə gücləndirmişik. Pərdisə demişdik ki, planlarımıza daxil deyilsən. Onsuz da bir çox oyunçu məşq edir, sadəcə, maaş alır. Bizim onunla müqaviləmiz var. Ona ödəmə etmək borcumuzdur. Özü bu durumdan razıdırsa, bunu ondan soruşun”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30