19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Bəzən çox müdafiə olunursan”

"Bundan əvvəl evdə xal itirmişdik. Daha doğrusu qələbə qazanmışdıq, təmiz qolumuz qeydə alınmamışdı. Gənc hakimlərə bir az diqqətli olmağı tövsiyə edirəm. Futbolçuların əziyyətini yerə vurmaq olmaz. Balaca səhv bizi üç xaldan məhrum etdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 19-cu turunda bu gün "Zirə" ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis son dəqiqələrdə qol buraxdıqları oyunu şərh edərkən bəzi əsas futbolçuların meydanda olmamasının səbəbini də açıqlayıb.

"Çətin Zirə səfərində qələbə qazanmaq istəyirdik. Futbolçular mübarizə apardılar. Bəzən çox müdafiə olunursan. Rəqib öz oyunu ilə buna məcbur edir. Bu gün də belə görüşlərdən idi. Mübarizəli oyun oldu. Sonda buraxdığımız qol xal itkisi ilə nəticələndi. Gənc futbolçulara həm müdafiə, həm hücumda güvənirik. Müəyyən vaxt keçdikcə onlardan da həmin keyfiyyəti istəyəcəyik. Rauf Əliyevin meydana çıxmaması taktiki gedişlərlə bağlı idi. Davit Volkovi kiçik zədə səbəbindən iki məşqi buraxdığından əsas heyətdə deyildi. Vojislav Stankoviç iki gün öncə məşqdə xəsarət alıb. O, hələ həkim nəzarətində olmalıdır. “Zirə” yetərincə yaxşı komandadır. Oyun üslublarında da inkişaf görünür. Qarşıda oyunlarımız çoxdur. İtirilən xalları kompensasiya etməyə vaxtımız olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30