20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Süleymanovun haqqını yeməyin əvəzi - sonuncu yer

Bazar günü Topaz Premyer Liqasında 18-ci tura yekun vuruldu. “Qarabağ”ın heç-heçə edib, “Neftçi”nin uduzduğu turun son matçında “Sumqayıt” öz meydanında “Zirə”yə məğlub oldu. Bu yenilgidən sonra “Sumqayıt” sonuncu - 8-ci pilləyə yuvarlandı.

Eynən yarandığı ilk illərdə olduğu kimi, autsayder mövqeyinə. Halbuki son illərdə, “Bakı”, “Xəzər Lənkəran”, “Simurq”un tarixin yaddaşına qovuşmasından sonra “Gənclik şəhəri”nin təmsilçisi ortabab komandaya çevrilmişdi.

Ötən mövsüm isə “Sumqayıt” Avroliqaya yollanmağa çox yaxın idi. Son anda əldən verilən şansın əvəzinin bu il çıxılacağı gözlənilirdi. Lakin mövsümün sonuna 10 tur qalmış “Sumqayıt” turnir cədvəlində sonuncu yeri tutur. Düzdür, komandanın hazırda Avroliqaya yollanmaq şansını itirdiyini söyləmək olmaz. Çünki dördüncü pillədə qərarlaşan “Qəbələ”dən cəmi 9 xal geri qalınır.

Digər tərəfdən də komanda ölkə kubokunda da mübarizəni davam etdirir. Yarımfinalda “Sumqayıt” cari mövsüm Ayxan Abbasovun rəhbərliyi altında artıq 2 dəfə uduzduğu “Zirə” ilə üz-üzə gələcək.

Bəs maraqlıdır, “Sumqayıt”ın bu enişinin, uğursuzluğunun səbəbi nədir? Bu suala cavab olaraq rəhbərliyin uğursuz fəaliyyətini və baş məşqçi dəyişikliyini qeyd etmək olar. Komanda mövsümün əvvəlində Nazim Süleymanova tapşırıldı. Süleymanovla 2 illik müqavilə imzalansa da, onun klubdakı fəaliyyəti cəmi 5 ay çəkdi. 11-ci turda “Keşlə”dən alınan müəmmalı məğlubiyyətdən sonra Nazim Süleymanovla yollar ayrıldı. Klubun rəsmi saytında guya təcrübəli mütəxəssisin səhhəti ilə bağlı istefa verdiyi bildirilsə də, bu, birmənalı şəkildə yalandır. Süleymanov məhz Riad Rəfiyevin dəstəyini hiss etmədiyi üçün, inamsızlığına görə, onun istəyi ilə klubdan ayrılıb.

Amma geridə qalan müddət göstərdi ki, baş məşqçi dəyişikliyi komandanın lehinə yox, əleyhinə işlədi. Bunu biz yox, rəqəmlər deyir. Nazil Süleymanov komandadan ayrılarkən “Sumqayıt” 11 xalla altıncı pillədə qərarlaşmışdı. Onun gedişindən sonra isə Ayxan Abbasovun başçılıq etdiyi kollektiv 7 oyundan cəmi 4 xal yığıb. Son 4 oyunda uduzan “Sumqayıt” sonuncu dəfə ötən il dekabrın 9-da xal qazanıb. Ayxan Abbasovun rəhbərliyi altında komanda 7 oyunda cəmi 3 qol vurub. Halbuki Süleymanovun dövründə orta hesabla “Sumqayıt” hər görüşdə 1 dəfə fərqlənirdi.

Maraqlıdır ki, Riad Rəfiyev hətta “Sumqayıt”ın minimal hesablı qələbələrindən sonra da Nazim Süleymanova irad bildirirdi: “Niyə cəmi 1 qol vururuq?:-) İndi Rəfiyev həmin qələbələri yəqin ki, çıraqla axtarır.

Nazim Süleymanovun gedişini şərtləndirən səbəblərdən biri də klub rəhbərliyinin ona dəstək göstərməməsi idi. Amma Ayxan Abbasovla bağlı vəziyyət fərqlidir. Qışda “Sumqayıt” digər klublar kimi Antalyada hazırlıq keçdi. Komanda qış fasiləsində ən çox transfer reallaşdıran 3 klubdan biri oldu. Heyətə Rəşad Əzizli ("Neftçi"), Adil Nağıyev ("Zirə"), Aydın Bayramov ("Sabah"), Peyman Babayi (“Maşinsazi”, İran), Peyman Keşavarz ("Qostareş Fulad", İran) və Əmir Ağayev ("Makkabi" Təl-Əviv, İsrail) cəlb olundu. Əvəzində Bəxtiyar Həsənalızadə, Orxan Sadıqlı və Orxan Əliyev komandadan ayrıldı. Göründüyü kimi, Ayxan Abbasovun uğur qazanması üçün şərait yaradılsa da, transferlər reallaşdırılsa da, nəticə yoxdu.

Bildiyim qədəri ilə Ayxan Abbasovun məvacibi Nazim Süleymanovla müqayisədə 50 faiz daha çoxdur. Bu halda “Sumqayıt” niyə hazırda sonuncu pillədə gedir? Bəlkə rəhbərliyin Nazim Süleymanovun haqqını yeməsidir səbəb? Bir düşünün...

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30