20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Məmmədov: "Yəqin, həmin insan AFFA-nın baş katibi olmaq istəyir"

“Rəhbərlik düşünsə ki, müqaviləyə xitam verilmə vaxtıdır, mən qərara hörmətlə yanaşaraq, dərhal icra edərəm. Futbola heç nə gətirə bilmədiyimi düşündükləri vaxt bunu edəcəklər. Bu, istefamın hüquqi tərəfidir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov CBC Sport kanalına müsabəsində deyib.

AFFA rəsmisi “niyə istefa vermirsiniz?” sualını belə cavablandırıb: “Özüm futbolla yaşayan insanam. 6-7 yaşımdan futbola azarkeşlik edirəm. İlk təhsilim menecment, ikinci təhsilim idman idarəetməsi ilə bağlıdır. Aldığım təhsil, tutduğum vəzifə və futbola olan azarkeşliyim bir yerdə cəmləşib. İrəlidə müxtəlif layihələr var. Onları mütləq yerinə yetirməliyəm. Bunu edəcəyəm. Hər gün işə böyük həzz, arzu, sevgi, müsbət emosiyalarla gəlirəm. İşə arzusuz və həvəssiz gəldiyim bir gün olsa, həmin işdə qalmayacağam. Bu idman növünü çox sevirəm və düşünürəm ki, hər bir şəxsin fundamenti sağlamlıqdan asılıdır. Hamımız idmanın təbliğatını aparmalıyıq. Futbol isə bunun ən gözəl yoludur. İstefamla bağlı sualı verən insan, yəqin ki, AFFA-nın baş katibi olmaq istəyir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30