19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Əmirquliyev: "Qarabağ”ı düşünmürdük"

Premyer Liqanın 18-ci turunda "Səbail" səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib. Futbolxeber.az saytının məlumatına görə, qonaqların kapitanı Rahid Əmirquliyev qələbəni şərh edib:
 
- Çətin oyun oldu. “Neftçi” liderliyə öz oyunu ilə layiq komandadır. Bizimlə oyunda da demək olar, üstün idilər. Futbolda belə hallar olur. Oyunun alınmasa da, sonda qalib gələ bilirsən.
 
- “Neftçi” topla çox olsa da, qapınızda çox qol vəziyyətləti yarada bilmədi. Rəqibiniz sizə niyə bata bilmədi?
 
- Rəqibi yaxşı analiz etmişdi. Əks-hücumlarda oynamağı seçmişdik. İlk qoldan sonra istər-istəməz müdafiədə oturmalı olduq. Ardından ikinci qolu da vurduq. Bundan sonra da əks-hücumları seçdik.
 
- “Neftçi”yə mövsümün ilk yarısında 0:4 hesabı ilə uduzmuşdunuz. Bunun revanşını düşünürdünüz?
 
- Əlbəttə, belə şeylər yaddan çıxmır. Bu hesabı unutmaq olmaz. Həm də rəqib lider komandadır. Üstəlik, yaxın izləyicilərimiz xal itirimişdilər. Buna görə də qalib gəlmək istəyirdik.
 
- "Səbail” bu qələbə ilə 3-cü pillədəki yerini bir qədər də möhkəmləndirdi. Ancaq çoxları düşünür ki, “Səbail” bəxt sayəsində bu yerdədir. Artıq bu qalibiyyətdən sonra avrokuboklara daha da iddialı olduğunu demək olar?
 
- Sözün düzü, heç bilmirəm ki, kim inanır, kim isə yox. Əsas odur ki, biz özümüzə güvənirik. İstıyirik ki, elə bu yerdə çempionatı başa vuraq. Kiməsə nəsə sübut etmək istəmirik. Göstərmək istəyirik ki, Avropa Liqasında oynaya bilərik. Hər kəsin şəxsi fikri var və buna hörmətlə yanaşmaq lazımdır.
 
- Hamıda belə bir fikir formalaşıb ki, “Səbail” ciddi klub deyil. Bu mövsüm iki texniki qələbə qazanmağınızı da çox qabardırlar. Azarkeş mövzusu düşəndə də “Səbail”in fanat ordusu olmadığı elə ən birini vurğulanır. Sizcə, niyə “Səbail”i qəbul etmirlər?
 
- Biz belə şeylərə fikir vermirik. Futbolçuların işi meydana çıxıb, layiqli oynayaraq, xal qazanmağa çalışmaqdır. Hamının öz fikri var. Bəlkə də klub təzə yaranıb və inam yoxdur. Çalışacağıq ki, bu il avrokuboklarda çıxış edək və inam yaransın.
 
- "Qarabağ”a kömək etdiyinizin fərqindəsiniz?
 
- Bunu düşünmürdük. “Qarabağ” özü dünən xal itirmişdi. “Qarabağ”a kömək etməyi düşünmürdük.
 
- Artıq “Qəbələ”dən 6 xal öndəsiniz. Demək olar ki, yerinizi möhkəmləndirirsiniz?
 
- 6 xal öndə olmaq daha yaxşıdır. Ancaq qarşıda çox oyunlar var. Növbəti tur “Sumqayıt”ı qəbul edəcəyik və sonra Qəbələyə yollanacağıq. Hər oyuna 3 xal üçün çıxmalıyıq.
 
- Üçüncü pillədə qərarlaşacağınıza əvvəlcədən inanırdınız?
 
- Bəlkə də heç kəs inanmazdı. Komandamıza yaxşı futbolçular qoşuldular. Çempionatda “Qarabağ”la “Neftçi” istisna olmaqla digər komandaların səviyyələri bərabərdir. Ona görə də 3-cü yeri tutmağa inam var idi.
 
- Milli komandamızın üzvüsünüz. Nikola Yurçeviçin yığmamızın baş məşqçi postuna təyinatını necə qarşılayırsınız? Xorvatiya ilə oyunda millimiz nə edə bilər?
 
- Belə qərarları AFFA verib. Bizə ümid etmək qalır. Ona uğurlar arzu edirəm. Təbii ki, favorit Xorvatiyadır. Bu gün “Neftçi” favorit idi, ancaq qalib gələn biz olduq. Futbolda hər şey olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30