20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qələbəni bəxtlə əlaqələndirməzdim"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qəbələ"ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra Ağdam klubunun ilk qolunun müəllifi olan Riçard Almeyda jurnalistlərə müsahibə verib.
 
- Bir az ağrıları olana oxşayırsınız. Nə baş verib?
 
- Bəli, bir az çiynim ağrıyır. 
 
- Bəlkə bir qol sizin üçün azdır?
 
- Vacib oyunda qalib gəlmək çox şirindir.
 
- “Qarabağ” qələbəyə layiq oynadı?
 
- İlk hissədə rəqibdən daha yaxşı oynadıq. Ancaq qəbul etməliyik ki, fasilədən sonra “Qəbələ” bizdən üstün performans sərgilədi. Ancaq bu, futboldur. Əsas odur ki, üç xal qazandıq.
 
- Futbolçular meydana daxil olanda üzük və boyunbağını çıxarmaları tələb edilir. Bəs qulağınızdakı sırğalara görə belə tələb edilməyib?
 
- Bu, mənim üçün özəl hədiyyədir. Təbii ki, oyuna daxil olanda bunu çıxarıram.
 
- “Neftçi” ilə xal fərqi birə endi. Təxminən, neçə turdan sonra “Neftçi”ni rəqib kimi siləcəksiniz?
 
- Bununla qətiyyən razılaşmaram. Bu mövsüm “Neftçi”nin əla komandası var. Çox baxımlı futbol nümayiş etdirirlər. Ona görə də biz “Neftçi”yə hörmətlə yanaşırıq. Üstəlik, onlar turnir cədvəlində lider olaraq qalırlar. Dünən “Neftçi” “Zirə”yə qarşı çox yaxşı oynadı. Futbolda həmişə qalib gəlmək olur. Dünən toplantıda baş məşqçimiz bizə çatdırdı ki, “Qəbələ” uzun müddətdir uduzmur. Bunu da nəzərə almaq lazımdır. Özünüz də gördünüz ki, necə çətinlik çəkdik.
 
- Hansı amilə görə bu matçda qalib gəldiniz?
 
- Futbolda bəzən bəxt amili də rol oynayır. Hər şeyi şansa da bağlamaq olmaz. İkinci hissədə bir az səbirsiz oynadıq. Bu gün qazandığımız qələbəni bəxtlə əlaqələndirməzdim. Qarşılaşmada çox əziyyət çəkdik.
 
- Bəlkə “Qəbələ”nin Riçard Almeydası yoxdur?
 
- Sürətli və yaxşı futbolçuları var. Camalov, Rauf, Monroz, Adeniyi və digərlərini qeyd edərdim. “Qəbələ” çox yaxşı komandadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30