19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz"

Azərbaycan Premyer Liqasının 17-ci turunda "Keşlə" "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
 
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Tərlan Əhmədov mətbuat konfransında fikirlərini bölüşüb:
 
"Bilirdik ki, ağır oyun olacaq. Çünki hər iki komanda qış fasiləsindən sonra keçirdiyi hər iki oyunda uduzmuşdu. Üzərimizdə təzyiq çox idi. Komandanın sona qədər mübarizə aparması, futbolçuların mübarizliyi həlledici oldu. Qələbə çox vacib oldu. Turnir cədvəlinin son pilləsində qərarlaşmaq xoş deyildi. Futbolçuların üzərindən təzyiqi götürməyə və oyunumuzu daha da təkmilləşdirmək yönündən çalışırıq. Məşqdə futbolçulara hücum futbolu oynamağı tapşırmışdım. Bu qələbə təzyiqi yüngülləşdirdi".
 
47 yaşlı mütəxəssis "Zirə" - "Neftçi" matçında heç bir komandaya azarkeşlik etməyəcəyini vurğulayıb: "Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Mən işlədiyim komandaya azarkeşlik edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30