25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ayxan Abbasov özündən çıxdı: "Yəqin ki, klubda qalmayacam"

Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sumqayıt" səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzub.
 
Futbolxeber.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisinin qış fasiləsindən sonra ardıcıl üç oyunda uduzması komandanın çalışdırıcısı Ayxan Abbasovu özündən çıxarıb. Mətbuat konfransına əsəbi şəkildə gələn Abbasovu klub prezidenti Riad Rəfiyev də sakitləşdirə bilməyib. 37 yaşlı mütəxəssis matçı şərh edib:
 
"Üzr istəyirəm, paltardəyişmə otağı konfrans zalına yaxındır, sizin qarşınızda belə səs-küy olmamalı idi. Uşaqlar oyuna yaxşı hazırlaşmışdı. Qalib gəlmək istəyirdik. Məğlubiyət işimizi çətinləşdirəcəkdi və bunu dərk edirdik. Rəhbərliklə görüşümüz olacaq. Bəzi şeylər dəyişməlidir. Əgər avrokuboklara getmək istəyiriksə, bu, baş verməlidir. Əgər olmasa, yəqin ki, klubda qalmayacam. Təkcə legioner söhbəti deyil. Azarkeşlər qələbə və avrokubokları istəyir. Özünüz də görürsünüz ki, çətindir. Biz də səhvlər etmişik. Hamının səhvləri olur. Futbolda bəzi qaydalar var, bunu heç kim pozmamalıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30