25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" və "Qarabağ"ın yubiley qarşıdurması

Bu həftə Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçiriləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” ardıcıl ikinci səfər matçına çıxacaq. “Qırmızı-qaralar” Bakıda “Qarabağ”ın qonağı olacaq. Son ölkə çempionu ilə fevralın 17-dəki görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 
Bu, rəqiblərin ümumilikdə yubiley - 50-ci dueli olacaq. İlk dəfə 2006-cı ildə qarşılaşan komandalar indiyədək 49 dəfə üz-üzə gəlib. Bu matçlardan 42-si çempionat, 7-si Azərbaycan kuboku çərçivəsində baş tutub.
 
“Qəbələ” “Qarabağ”la qarşılaşmalarda 11 qələbə qazanıb, 17 dəfə heç-heçə edib, 21 dəfə məğlub olub. Əvvəlki oyunlarda “qırmızı-qaralar” 43 qol vurub, 62-ni buraxıb. Komandanın qollarına 29 futbolçu imza atıb. Braziliyalı Dodo hamıdan çox - 5 dəfə fərqlənibsə, Viktor Mendinin hesabında 4 qol var.
 
Ağdam klubuna qarşı Premyer Liqada keçirilən 42 matçda 10 dəfə 3 xal əldə edən “Qəbələ” 12 dəfə bərabərliklə kifayətlənibsə, 20 dəfə məğlubiyyətlə üzləşib. Çempionatda 38 qol vuran futbolçular 56 top buraxıblar.
 
Komandalar 25-ci dəfə “Qarabağ”ın meydanında üz-üzə gələcək. Əvvəlki 24 matçda meydan sahibləri 11, qonaqlar 4 dəfə qalib gəlib. 9 dəfə isə heç-heçə qeydə alınıb. Bu oyunlarda “Qəbələ” 18, rəqib 33 qol vurub.
 
Xatırladaq ki, fevralın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Qəbələ” matçı saat 17:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30