28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizin üzvləri İspaniya ilə oyundan danışdılar

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunundan İspaniyaya 0:2 hesabı ilə uduzub.

Futbolxeber.az-ın saytının məlumatına görə, görüşdən sonra yığma üzvləri oyunla bağlı fikirlərini affa.az-a bildiriblər:

Kamran Quliyev: “Avropa çempionlarına qarşı əlimizdən gələnin artığını etməyə çalışdıq. 0:2 hesabı ilə uduzmağımıza baxmayaraq, komanda olaraq rəqibə layiqli müqavimət göstərdik. Avropa çempionatının elit-raund mərhələsində uğur qazanmaq üçün bu cür güclü rəqiblərlə qarşılaşmalıyıq. Penalti epizoduna gəlincə, futbolda bu cür hallar olur. Hər bir futbolçunun başına gələ bilər. Əlbəttə, penaltini qola çevirsəydim, komanda yoldalarımda qələbəyə olan inam artacaqdı. Qismət deyilmiş”.

Turan Vəlizadə: “Yaxşı təşkilanmış kollektivə qarşı mübarizə apardıq. İlk 10 dəqiqədə İspaniya yaxşı oynasa da, sonradan təşəbbüsü ələ almağı bacardıq. Fasiləyədək oyuna nəzarət edən tərəf biz idik. Oyunumuzda yeganı çatışmayan qol idi. Bu cür oynasaq, elit-raundda uğurlu nəticə qazana bilərik. Belə sürətli oyunlar komandanın inkişafına daha çox təkan verir. Kollektiv olaraq çox yaxşı futbol oynadığımızı düşünürəm”.

İbrahim Hüseynov: “Dünyanın aparıcı klublarının üzvlərindən təşkil olunmuş komandaya qarşı oynadıq. Onlara qarşı oynamaq bizim üçün böyük bir təcrübə oldu. Oyuna yaxşı başlamasaq da, sonradan toparlanmağı bacardıq. Penaltini dəqiq yerinə yetirsəydik fasiləyə üstün yollana bilərdik. İkinci hissədə rəqib bir neçə əvəzetmə edərək oyunda dönüş yarada bildi. Nəticədə yorğunluğumuzdan istifadə edib iki qol vurmağı bacardılar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31