29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rauf Əliyev: "Rahat oynaya bilərdik"

Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qəbələ" səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub edib. Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra "Qəbələ"nin qələbə qoluna imza atan Rauf Əliyev jurnalistlərə müsahibə verib. Əliyev öncə oyunla bağlı danışıb:
 
"Gərgin oyun oldu. “Sabah” ilk hissədən etibarən 10 nəfərlə qalsa da, sona qədər mübarizə apardı. Bir az özümə də səhvlər oldu. Topu özümüzdə saxlayıb, rahat oynaya bilərdik. Əsas 3 xaldır. Tarixdə nəticə qalır. “Sabah”ı 3 xal geridə qoyduq".
 
- “Sabah” azlıqda qalsa da, layiqli mübarizə apardı. İkinci qolu vurub, niyə rahat mübarizə aparmadınız?
 
- Dediyinizlə razıyam. Bəli, ikinci qolu vurub, rahat oynaya bilərdik, hətta şanslarımız da oldu. Bir az rahat oynaya bilmədik. Rəqib təzyiq yaradırdı. İkinci qolu vursaydıq, ardı da gələ bilərdi. 1:0 hesabı bir az təhlükəlidir, rahat olmaq mümkün deyil.
 
- Komandanın qələbə qolunu vurdun. Fikirlərin necədir?
 
- Hücumçu kimi qol vurub, komandama qələbə qazandırıramsa, sevincliyəm. Belə davam edib, qollarımı sıralamaq istəyirəm. Əlimdən nə gəlirsə, “Qəbələ”yə kömək etmək istəyirəm.
 
- “Sabah”ı geridə qoydunuz, qaldı “Səbail”i qabaqlamaq.
 
- Qarşıda oyunlar var və maksimum xallar qazanmağa çalışacağıq. Belə davam etsək, əlbəttə, “Səbail”i də keçə bilərik.
 
- Belə davam etsən, millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin diqqətini çəkə bilərsən?
 
- Millidə oynamağı hamı istəyir. Ən yuxarı nöqtə yığma komandadır. Çalışacam, hər şey öz əlimdədir. Belə davam etsəm, qollar vursam, milliyə də dəvət alaram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31