19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Sənan Qurbanov: "Hay-küylü oyun oldu"

“Qəbələ” Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra mətbuat konfransında iştirak edən qonaq komandanın baş məşqçisi Sənan Qurbanov fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına, 39 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:
 
"Səfər oyununda qələbə qazandıq. Bundan sonra daha məsuliyyətli olmalıyıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Sürətli oyun getdi. Uşaqlara verdiyimiz tapşırığın öhdəsindən gəldilər. Bir qədər hay-küylü oyun oldu. Əsas odur ki, qələbə qazandıq".
 
- Kənardan elə görünür ki, komandada oyun intizamı yoxdur.
 
- Elə deməzdim. Məşqlərdə etdiyimizi analiz edirik. Sadəcə, daha çox qələbə qazanmaq hissi bəzən səs-küyə gətirib çıxarır. Komandanın oyunundan razıyam.
 
- Bu gün çox aqressiv idiniz. Bunun səbəbi nə idi?
 
- İlk saniyədən sakitləşməyə çalışdım. Bizim üçün hər bir oyun vacibdir. Ona görə də bir qədər aqressiv oluruq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30