16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Neftçi"nin yeni transferi: "Çempionluq uğrunda yarış məni bura gətirən səbəblərdən biri oldu"

"Neftçi"nin yeni transferi Canluka Sansone İtaliya mətbuatına müsahibə verib.
 
Sportinfo.az saytının məlumatına görə, alfredopedulla.com-a istinadən 32 yaşlı italiyalı hücumçunun müsahibəsini təqdim edir:
 
- Transferiniz necə baş tutdu?
- Bir müddət yeni təcrübə üçün hazırlaşırdıq. Həqiqətən də mənə təkan verən yeni macəra axtarırdıq. İtaliyadan bir neçə təklif oldu, ancaq bunları qəbul etmədim. Digər liqalardan gələn təklifləri dəyələndirmək istədim. "Neftçi"dən təklif gələndə şübhə etmədən qəbul etdim. Bakı klubunda olduğum üçün xoşbəxtəm. Komanda çempionatda liderdir, bundan yaxşı bir şey istəmirəm.
 
- Azərbaycan çempionatının ilk italiyalı futbolçusu oldunuz.
- Əlbəttə, həm mənim və klub üçün görünməmiş ssenaridir. Bu da təklifi qəbul etməyə təsir edən amillərdən biri oldu. Transferdə hər şey asan oldu. İki günə hər şeyi həll etdik və mən burdayam.
 
- Ancaq komandada tək italiyalı deyilsiniz. Baş məşqçi Roberto Bordin də sizin həmyerlinizdir.
- Bəli, baş məşqçimiz Roberto Bordindir. Onun zəngini aldım, mənə haqqımda məlumatlı olduğunu söylədi. Məni transfer etmək üçün hazır olduqlarını dedi. Seçimimdə bu da rol oynadı.
 
- Təşkilatçılıq və struktur cəhətdən hansı reallıqlarla qarşılaşdınız?
- İlk baxışdan öyrənmək və kəşf etmək istəyən biri kimi maraqlı həqiqət tapdım. Bəlkə də onlarda hər şey A Seriyası şirkətləri kimi təşkil edilmir. Ancaq hər şey inkişafa doğru gedir. Səviyyə digər liqalarla müqayisədə aşağı deyil. Onlar ən müasir idman mərkəzlərinə sahib olmaq üçün hərəkət edirlər. Stadionlarının çoxu demək olar ki, yenidir. Ölkədə futbol inkişaf edir.
 
- Azərbaycan futbolunda hansı fərqləri gözləyirsiniz?
- “Neftçi” ilə ilk məşqimdən sonra düşünürəm ki, texniki cəhətdən digər liqalardan zəif deyillər. Ancaq Avropa ölkələrinin çempionatları ilə müqayisədə taktiki hazırlıqda bir az geri qala bilərlər. İlk təəssüratlarım müsbət oldu.
 
- “Neftçi” 6 ildir ki, çempionluğa həsrət qalıb. “Qarabağ”ın hegemonluğuna son qoymağın vaxtı çatıb?
- Bazar günü bu iki komandanın liderlik uğrunda gözəl oyununu izlədim. “Qarabağ” fərdi ustalığı güclü olan futbolçularının sayəsində texnikalı oyun nümayiş etdirir. Ancaq komandamız oyuna yaxşı hazırlaşmışdı, Robert Bordin tərəfindən görülən böyük işə şahid olduq. Əlbəttə, biz sona qədər oynayacağıq, özümüzə güvənirik. Həm də komandanın formasına oolan bağlılıq böyükdür. Bu, klub prezidentindən tutmuş futbolçulara kimidir. Onlar illərdir qazanılmayan titulu gözləyir.
 
-  Çempion olmaq və Çempionlar Liqasında oynamaq xəyaldır, yoxsa məqsəd?
- Bu, xəyal deyil, məqsəddir. Çempionluq uğrunda yarış məni bura gətirən səbəblərdən biri oldu. Çempionlar Liqasında oynamaq potensialına sahib olsam da, ancaq səhvən heç vaxt çıxış etmədiyim turnir karyeramın ən böyük uğuru olar. 25 yaşında A Seriyada oynamışam. İndi isə 32 yaşım var və Avropa səhnəsinə ayaq basmaq istəyirəm.
 
- Gələcəkdə yenidən İtaliyada oynayacaqsınız?
- Son zamanlar İtaliya futbolu qapıları üzümə bağlayıb. Çempionatlarımızda oynamaq gözəldir, ancaq tez-tez qapını bağlananda “Neftçi” kimi macəra ilə buna açmaq olar. Ümid edirəm ki, gələcəkdə İtaliya futbolunda mənə bir yer olacaq. Radardan çıxmaq hələ çox erkəndir. “Novara”da çoxsaylı səbəblərdən pis karyera alındı. Pis mövsüm keçirməyim karyeramdakı yaxşı günləri ləğv edə bilməz. Təsssüf ki, futbol belədir, yenilənir. Gələcəkdə İtaliyaya qayıda bilərəm. Dərhal deyil, indi yeni təcrübədən yararlanmaq istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30