20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Reynaldo "Qarabağ"da daha aşağı məbləğə razılaşıb"

Qazaxıstanın vesti.kz saytı qış transfer dönəmində Premyer Liqa klublarından ölkə xaricində transfer olan ən yaxşı 10 futbolçudan ibarət siyahı hazırlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, siyahıda "Qarabağ"a dönən iki futbolçu - Riçard Almeyda və Reynaldo da var. "Astana"dan "Qarabağ"a icarəyə verilən Almeyda barədə bunlar qeyd edilib: 
 
"Almeyda getdikcə "Astana"ya uyğunlaşırdı. Ancaq onun oyun stili "Astana"ya uyğun deyildi. Riçard kombinasiyalı futbol üçündür. O, "Kayrat" və "Aktobe"nin sisteminə uyğun gəlir. Buna görə də "Astana" braziliyalını icarəyə verdi".
 
"Aktobe"dən "Qarabağ"a qayıdan Reynaldo üçün bu fikirlərə yer verilib: "Reynaldo 30 oyuna 7 qol vurdu, 3 assist etdi. Komanda üçün çox faydalı oldu. Əlbəttə, o, 2013-2017-ci illərdə çıxış etdiyi "Qarabağ"a dönmək üçün cəhd edirdi. Futbolçuya yaxın olan mənbəmizin məlumatına görə, Reynaldo "Qarabağ"da "Aktobe"dəkindən az maaşa razılaşıb. Ancaq futbolçunun "Qarabağ"a dönmək arzusu maliyyəni bir kənara qoydu".
 
Məqalədə ötən mövsümü icarə əsasında keçirən Pedro Enrikenin "Astana"dan PAOK-a qayıtması da qeyd edilib: "Braziliyalılar Qazaxıstana dərhaı öyrəşədilər, tez-tez tənqid olunurdular. Pedro 19 oyuna 3 qol vurub, 1 assist edib. O, müdafiəyə də kömək edirdi. Təbii ki, o, "Astana"ya kömək edə bilərdi, lakin PAOK-a dönməyi istədi".
 
Yazıda "Kaysar"dan "Keşlə"yə gələn syerra-leoneli yarımmüdafiəçi Con Kamaradan da bəhs olunub: "Kamara səviyyəsini saxlayan və transfer dəyəri düşməyən futbolçulardan biri idi. O, ptensialına görə "Kayrat" və "Astana"da da çıxış edə bilər. İndi özünü "Keşlə"də sübut etməlidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30