19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Fariz Nəcəfov: "İndi kimsə ağıllı çıxıb təzə nəsə kəşf edib?"

"Qəbələ" AFFA İntizam Komitəsinin kluba tətbiq etdiyi bayraq cəzasından apellyasiya verəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov bildirib. Onun sözlərinə görə, Qəbələ şəhər stadionunda indiyədək keçirilmiş oyunlarda hakimin cavabdeh olduğu inventarla əlaqədar heç bir xəbərdarlıq belə edilməyib: "Biz bu stadionda eyni qaydada təchiz olunmuş otaq və avadanlıqlarla 10 ildir həm Premyer Liqa, həm də Avropa Liqasındakı oyunlarımızı keçirmişik. İndi kimsə ağıllı çıxıb və təzə nə isə kəşf edib? Qalan digər stadionların hamısında hər şey guya yüksək səviyyədədir, bircə bizim stadionda bayraq yox imiş..."
 
Fariz Nəcəfov İntizam Komitəsinin üzvlərini uşaq liqalarının keçirildiyi şəraitlə maraqlanmağa çağırıb: "İntizam Komitəsinin üzvlərini və bu məsələni müzakirəyə çıxaran şəxs yəqin unudub ki, oyunlar yaxın günlərədək hansı şəraitə malik stadionlarda təşkil olunur. Mən o kəsləri dəvət edirəm ki, uşaq liqalarının keçirildiyi şəraitə gəlib baxsınlar".
 
Qeyd edək ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt"la oyun zamanı hakimlər otağında lazımi inventarın çatışmamasını əsas gətirərək, "Qəbələ"ni 1600 manat cərimələyib. Fevralın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Əliyar Ağayev, yan xətt hakimləri Akif Əmirəli və Rza Məmmədov, dördüncü hakim Kamal Umudlu, hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi Şaiq Həmidov olub. Matç "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.
 
(sportnet.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30