29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ"nin yarımmüdafiəçisi: "Əsas qələbə idi, onu da bacardıq"

"Bu oyunda baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə maksimum dərəcədə çalışdıq. Birinci hissə bərabər səviyyədə keçdi".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Elvin Camalov Azərbaycan Premyer Liqasının XV turunda evdə “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdən sonra “Report”a açıqlamasında deyib.
 
24 yaşlı yarımmüdafiəçi ikinci yarının onlar üçün çox yaxşı keçdiyini vurğulayıb: "Bu hissədə istədiyimiz qolu vurduq və qələbə qazandıq. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışdıq. Təlim-məşq toplanışından bu vaxta kimi düşünürdük ki, çempionata qələbə ilə başlamalıyıq. Mövsümün ikinci yarısındakı ilk oyunumuzda 3 xal qazandığımız üçün sevinirəm". Camalov bildirib ki, "Sumqayıt"la oyuna qələbəyə inam hissi ilə çıxıblar: "Hücum xəttində daha da aktivlik gözləyirdik. Daha çox qol vurmaq bizi sevindirərdi. Əsas qələbə idi ki, onu da bacardıq. Qış toplanışında yaxşı hazırlaşdıq və baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. "Sumqayıt"la oyunda istədiklərimizin hamısını edə bilməsək də, əsas odur ki, qələbə qazandıq. Qələbə hər şeyi ört-basdır etdi".
 
"Qəbələ"nin oyunçusu fasilədən sonra ilk görüş olduğu üçün komandada bəzi əksiklərin nəzərə çarpdığını söyləyib: "Növbəti oyunlarda daha da artırmaq istəyir. Hesab fərqli də ola bilərdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31