19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Səbail”dən 2-ci, “Keşlə”dən 16-cı

Topaz Premyer Liqasının XV turunun “Keşlə” – “Səbail” oyununda böyükhesablı nəticə qeydə alınıb.
 
Futbolxeber.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, 0:3 hesabı ilə uduzan meydan sahibləri klub tarixində 16-cı dəfə 3 və ya daha çox top fərqi ilə uduzub. Paytaxt təmsilçisi bunadək 15 matçda böyükhesablı məğlubiyyət almışdı. “Keşlə” öz meydanında 4-cü dəfə ağır yenilgiylə üzləşib. Sonuncu belə hadisə 2017-ci il aprelin 16-da “Qarabağ”la görüşdə yaşanmışdı – 0:3.“Səbail” isə tarixində 2-ci dəfə böyük hesabla qalib gəlib. Hər iki uğuru cari mövsümə təsadüf edən Aftandil Hacıyevin yetirmələrinin belə qələbələri səfərdə əldə olunub.
 
Qeyd edək ki, cari mövsümdə ümumilikdə 9-cu dəfə böyükhesablı nəticə qeydə alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30