23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Sənan Qurbanov: “Vacib qələbə qazandıq”

“Oyuna çox ciddi hazırlaşmışdıq. İlk yarı başa çatandan sonra futbolçularda məsuliyyəti hiss etmişdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının XV turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

39 yaşlı məşqçi fasilədə müəyyən dəyişikliklər etdiklərini bildirib:

“Həm Bakı, həm Türkiyədə hazırlıqdan maksimum faydalanmağa çalışdıq. Hazırlıq oyunları bizdə inam yaratdı ki, ikinci yarıya qələbə ilə başlaya bilərik. Bugünkü görüşə yaxşı başladıq. Sonra futbolçularda bir az durğunluq yarandı. Bu da daha çox qələbə qazanmaq istəyimizlə bağlı idi. İlk hissədən sonra futbolçulara verilən tapşırıqlara  müəyyən dəyişikliklər etdik. Vacib qələbə qazandıq. “Sumqayıt” yaxşı təşkil olunmuş, əks-hücumlarda sürətli olan komandadır. Bunları analiz etmişdik”.

S.Qurbanov komandanın kapitanı Cavid Hüseynovun çıxışına da toxunub:

“Futbolçular tapşırıqları yerinə yetirdilər, rəqibin əks-hücumlarının qarşısını ala bildilər. Cavid Hüseynov komandamızın kapitanı, yüksək səviyyədə liderlik keyfiyyətləri var. Top itkisi baş versə də, komandaya faydalı oldu, tapşırıqları hamı kimi yerinə yetirdi. Oyunu analiz edib, səhvləri düzəltməyə çalışacaq, bütün komanda şəklində növbəti oyuna hazırlaşacağıq. Amin Seydiyev məşqlərdə özünü çox yaxşı tərəfdən göstərirdi. Matçlarda oynamasa da, çox istəkli idi. Türkiyədəki yoxlama oyunlarında da belə oldu. Bu gün ondan razı qaldım”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30