20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Əmirquliyev: "Bu hesabı gözləmirdik"

"Səbail" Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "Keşlə"ni 3:0 hesabı ilə darmadağın edib.Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra qonaqların kapitanı Rahid Əmirquliyev jurnalistlərə müsahibə verib. Təcrübəli yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:
 
- Bilirdik ki, çətin olacaq. Təlim-məşq toplanışından sonrakı ilk oyun həmişə çətin olur. Bu amillərə baxmayaraq, istədiyimiz oyunu oynadıq və qələbə qazandıq.
 
- 3:0 hesabı ilə qalib gələcəyinizi gözləyirdiniz?
 
- Xeyr, belə düşünmürdük ki, 3:0 hesabı ilə qalib gələrik. Ancaq biz layiqli qələbə qazandıq.
 
- Təlim-məşq toplanışındakı hazırlığın bu qələbə üçün əhəmiyyəti nə dərəcədə oldu?
 
- Orada hava şəraiti bir az mane oldu. Yaxşı oyunlar keçirdik. Futbol belədir. Bu gün bizdə hər şey alındı, “Keşlə”də isə yox.
 
- İki qoldan sonra “Keşlə” “sındı”.
 
- Bilirdik ki, tez qol vursaq, daha yaxşı olacaq. Daha sonra “Keşlə” ruhdan düşdü, biz də rahat oynadıq.
 
- İlk qolu əks-hücumdan sonra vurdunuz. Bilərəkdən özünü arxaya çəkilibi rəqibi tora saldınız?
 
- Biz tez hücuma çıxmaq üçün hazırlaşmışdıq. Bu da bizdə alındı.
 
- Növbəti turda “Zirə” ilə oynayacaqsınız. Autsayderi məğlub yola sala biləcəksiniz?
 
- “Zirə” son pillədə olsa da, yaxşı komandadır. Evdə oynayacağıq, ancaq çətin olacaq. Bir dəfə onlara uduzmuşuq, çalışacağıq ki, revanş alaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30