25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Zirə" 266 gün sonra

Premyer Liqanın XV turunun “Sabah”la görüşü “Zirə” üçün əlamətdar olacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, qəsəbə təmsilçisi 2018/19 mövsümündə ilk dəfə ev oyununu doğma arenada keçirəcək. fevralın 2-dəki görüş Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
 
Arenada aparılan təmirlə əlaqədar olaraq komanda mövsümün ilk yarısında rəqiblərini fərqli stadionlarda qəbul etməli olub. “Qartallar” 5 çempionat və 1 kubok oyununu “Dalğa Arena”da keçirməli olub. “Bakcell Arena” və “AZAL Arena”nın hərəsində bir Premyer Liqa matçına ev sahibliyi edib.
 
“Zirə”nin doğma stadionundakı son oyunu 2017/18 mövsümünə təsadüf edib. Komanda 2018-ci il mayın 12-də baş tutan son ev matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. 266 gündən sonra Zirə İdman Kompleksinin stadionuna çıxacaq “qartallar”ın bu arenadakı son qollarına Riçard Qadze və Tellur Mütəllimov imza atıb.
 
"Sabah”la görüş komandanın doğma stadionunda 64-cü oyunu olacaq. “Zirə” indiyədək Premyer Liqada 46, Azərbaycan kubokunda 4, Birinci divizionda 13 dəfə rəqiblərini bu arenada qəbul edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30