25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: "Buna derbi deməyə bilmərik, derbidi"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XV tur matçından əvvəl brifinq keçirib.
 
- Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışından nə dərəcədə razı qaldınız?
 
- Düzdür, yoxlama matçlarımız yağışlı havada keçdi, hətta bir matçımız təxirə düşdü. Lakin bacardığımız qədər proqramdan kənara çıxmamağa çalışdıq. Əlbəttə, istərdik daha yaxşı hava şəraiti olsun. Lakin hazırlıqdan razı qaldım. Belə hava futbolçuların möhkəmlənmələri üçün yaxşıdır. Buna problem kimi baxmıram.
 
- Qarşıdan "Neftçi" ilə oyun gəlir. Futbolçularınızla söhbətdə bu matçın derbi olduğunu vurğulayırsınız, yoxsa görüşə sıradan bir oyun kimi yanaşırsınız?
 
- Matça ciddi yanaşırıq. Buna derbi deməyə bilmərik, həqiqətən derbidir. Amma futbolçuların üzərinə bir o qədər də getmirik. Oyunçular da diqqətli olmalıdırlar.
 
- Start heyətini müəyyənləşdirmisiniz?
 
- Tam olmasa da, müəyyənləşdirmişik. Təxminən 90 faiz bəllidir. Oyunun "Azərsun Arena"da yox, burada keçirilməsi problem deyil.
 
- Dario Frederiko "Neftçi"dən ayrıldı. Bu sizin planlarınıza təsir etdimi və sizin üçün sevindirici xəbər sayıla bilər?
 
- Çox istərdim ki, yaxşı oyunçular bizim çempionatda qalsın. Lakin Dario Federikonu əvəzləyə biləcək oyunçular var. Məsələn, Namiq Ələsgərov və ya Platellas onu əvəzləməyə qadirdir. Darionun gedişi bizim planlarımıza təsir etmir. Bir-iki futbolçunun oynamaması "Neftçi"yə təsir etməz.
 
- Riçard Almeyda komandaya qayıdıb. Onun yoxluğu gedəndən sonra hiss olunurdu. Qışdan sonra əvvəlki "Qarabağ"ı görə biləcəyik?
 
- Hər zaman heyətimizin yaxşı olmasını istəyirik. O qədər də zəifləməmişdik ki, Almeydanın dönüşündən sonra güclənək. Əlbəttə, belə bir futbolçunun qayıtması kollektivə müsbət təsir edir. Riçard üçün darıxanlar onu səbirsizliklə gözəyirdilər. İstədiyimiz oyunu qurmaqda onun bacarığı və təcrübəsi daha çox idi. Ancaq bir futbolçu ilə komanda nə güclənir, nə də zəifləyir.
 
- Transfer çalışmalarınızı yekunlaşdırmısınız?
 
- Transferlərlə bağlı danışıqlarımız davam edir. Hücumçu da ola bilər, yarımmüdafiəçi də.
 
- Con Delarj əvəzedici komandadadır. Onun hazırkı durumu nə yerdədir və gələcəyi necə olacaq?
 
- Con Delarjla bağlı bizə müraciət daxil olmayıb. Hələlik əvəzedici komandada qalacaq (Report)..



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30