23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Vüqar Məmməd: "Futbolçularda yüksəliş var"

“Bu təlim-məşq toplanışında ən güclü komandaya qarşı oynadıq. Düsünürəm ki, bizə lazım olan taktiki oyun planına uyğun oyun nümayiş etdirdik. Bütün futbolçulardan razı qaldım. Bizə məhz belə sürətli, yüksək tempə uyğun oyunlar lazımdır. İstər fiziki, istərsə də taktiki planda rəqibdən geri qalmadıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd bu gün Antalyada Rusiyanın “Dinamo-2” (Moskva) komandası ilə qolsuz bərabərə qaldıqları oyundan sonra AFFA-nın saytına deyib. O, futbolçularda yüksəliş olduğunu bildirib:

"Meydanda məşqlərdə çalışdığımız tapşırıqları yerinə yetiririk. Futbolçularda yüksəliş var. Futbolçuların çoxu başqa ölkə komandalarının transfer siyahısına düşüb. Həqiqətən onlar gördükləri işə görə buna layiqdirlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30