20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ” üçün “Sumqayıt”la 27-ci duel

Bu həftə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” 2019-cu ildəki ilk rəsmi matçını “Sumqayıt”a qarşı keçirəcək. XV turun görüşü “qırmızı-qaralar”ın meydanında baş tutacaq.

Bu matçla hər iki komanda III dövrəyə başlayacaq. İlk iki dövrədə üz-üzə gələn rəqiblər heç-heçələri sıralayıb. Qəbələdəki ilk oyunda meydan sahibləri hesabı 1-ci hissədə açsa da, matçın sonunda bərabərlik qolu vurulub - 1:1.

Sumqayıtdakı görüşdə isə meydan sahibləri 2 top önə keçsə də, “qırmızı-qaralar” hesabda tarazlıq yaratmağa müvəffəq olub – 2:2.

Fevralın 3-də baş tutacaq oyun ümumilikdə rəqiblərin 27-ci qarşılaşması olacaq. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində baş tutub. “Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi ilə matçlarda böyük üstünlüyə malikdir. 16 dəfə qələbə qazanan komanda 8 dəfə 1 xalla kifayətlənib və yalnız 2 dəfə uduzub. Bu oyunlarda meydanı heç vaxt qolsuz tərk etməyən “qırmızı-qaralar” top fərqində də öndədir - 46:20. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə rəqib qapısına yol tapıb. Aleksey Qay, Dodo, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 qol vurublar.

“Qəbələ” evdə keçirdiyi 13 görüşdə məğlub olmayıb. Doğma arenada 10 qələbəsi olan komanda 3 heç-heçə edib. Rəqib qapısından 25 top keçirən futbolçular 7 qol buraxıb.

Xatırladaq ki, fevralın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayacaq (klub saytı).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30