16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“2 və ya 3 futboçu ilə müqavilə imzalamağı planlaşdırırıq"

"Biz mövsümün ikinci yarısına hazırlığı Bakıda başlamışdıq və diqqətimizi futbolçuların fiziki formasının formalaşmasına yönəltmişdik. Sonra isə Türkiyədə təlim-məşq toplanışına davam edərək, həmçinin taktiki və texniki təlimləri də əlavə etdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mövsümün ikinci yarısına hazırlıqlardan danışan gənc çalışdırıcı Türkiyə toplanışını da dəyərləndirib: "Türkiyədə 4 oyunun keçiriləcəyini planlaşdırmışdıq və əlavə bir oyun haqqında təlim-məşq toplanışının gedişatı zamanı razılaşdıq. 5-ci oyun əlverişsiz hava şəraiti ilə əlaqədər olaraq ləğv olundu. Bütovlükdə, bu mərhələdə hazırlığın nəticələrini qənaətbəxş adlandırmaq olar. Futbolçuların hamısı optimal formanı yığa bilmədi, amma bizim hələ çempionatın başlanğıcına qədər bir həftəmiz var və buna hazır olacağıq. Həmçinin çempionatın başlanğıcına qədər iki və ya üç futboçu ilə müqavilə imzalamağı planlaşdırırıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30