25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ayxan Abbasov: "Futbolçularımdan razı qaldım"

"Bu gün iki oyun keçirmək istəyirdik. Fikrimiz hər kəsə 90 dəqiqə şans vermək idi. Birinci oyun hava şəraitinə görə 45 dəqiqə çəkdi. Meydanda olan futbolçular bu müddətdə yaxşı təsir bağışladılar".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov klubun rəsmi saytına açıqlamasında deyib. 37 yaşlı mütəxəssis Antalya toplanışının son günündə Almaniyanın "Optik" və Serbiyanın "Zemun" klubları ilə keçirdikləri yoxlama oyunları barədə fikirlərini bölüşüb:
 
"İkinci oyundakı rəqibimiz də kifayət qədər yaxşı klub idi. Oyun planlaşıdırılan yerdə baş tutmadı, çətinliklə Manavgat stadionuna gəldik. Qarşılaşmaya gəldikdə isə, maraqlı oyun keçdi. Dünənki ağır məşqdən sonra keçirilən oyunun sonunda futbolçularımdan razı qaldım. Onların qələbə qazanma istəkləri məni qane etdi. Şükürlər olsun ki, toplanışı qələbə ilə başa vurduq. Bakıya qayıtdıqdan sonra bəzi səhvlərimizi tam aradan qaldırıb, “Qəbələ” ilə qarşılaşmaya tam hazır olmağa çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30