19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Sabiq "Sabah"lı: "Azərbaycanlı futbolçular taktiki planda bir az geri qalır"

“Qomel”in yeni transferi Vitali Kvaşuk klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, mövsümə “Sabah”da başlamış futbolçu Azərbaycandakı çıxışından danışıb:
 
- Azərbaycana adaptasiya olmaq çətin idi?
 
- Fiziki cəhətdən hazır idim. Gecə saat 3-də təyyarədən düşəndə Bakıda 25 dərəcə isti var idi. Buna öyrəşmək üçün mənə bir neçə həftə lazım oldu. Yerli mentalitetə öyrəşmək üçün də vaxta ehtiyac var idi. Bu ölkəyə öyrəşmək digər ölkərə öyrəşməkdən daha çətindi.
 
- Ölkə xaricində oynamağı çox istəyirdiniz, yoxsa sadəcə belə alındı?
 
- Bir il əvvəl karyeramı Azərbaycanda davam etdirmək üçün variantım var idi. O vaxtı isə bu alınmamışdı. Amma gec də olsa orada oynadım. Çempionatın bir çox oyunlarını izləmişdim və deyə bilərəm ki, Azərbaycanda komandaların ciddi səviyyəsi var. Legionerlərin hesabına çempionatın səviyyəsi yaxşı durumdadı. Rəqabət isə sadəcə əladı. Marko Deviç kimi usta futbolçu ilə eyni komandada oynadığıma görə şadam. Azərbaycandakı karyeram mənə çox şey qazandırdı.
 
- Belarus və Azərbaycan çempionatları arasında hansı fərqlər var?
 
- Belarus futbolunda daha çox gücə, mübarizə üstünlük verirlər. Komandalar da daha çox uzun ötürmələrə üstünlük verir. Azərbaycanda isə çox komanda belə oynamır. Daha çox yerlə ötürmələrə, sürətli cinah oyunçularına, hücum futboluna üstünlük verirlər. Ola bilər ki, azərbaycanlı futbolçular taktiki planda bir az geri qalır. Amma texnika ilə bunu sığortlaya bilirlər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30