20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rauf Əliyev: "Fikrimcə, o, “Qəbələ”yə xeyir verə biləcək gücdədi"

“Oyunumuz yaxşı alındı. Komanda istədiyi oyunu göstərə bilirdi. Hər şey yaxşı idi. Ümumi də hazırlığımız davam edir, hazırlaşırıq. Çempionata hazır olmaq üçün yaxşı hazırlaşmaq lazımdı”.

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Qəbələ”nin hücumçusu Rauf Əliyev deyib.

“Yenisey”lə yoxlama görüşündə bir qol qol vuran və komandasına penalti vurmaq hüququ da qazandıran Əliyev çıxışını da dəyərləndirib: “Əlbəttə ki, hücumçu kimi qol vurmaq sevindiricidi. Hər şey özüm üçün də yaxşı alındı. Qolumu vurdum, komandaya penalti qazandırdım. Deyə bilərəm ki, oyun özüm üçün də yaxşı alındı.

“Qəbələ”nin ilk yoxlama görüşündə, üçhissəli matçda “Meppen”ə uduzmasına isə forvard bu cür şərh verdi: “Meppen”lə oyunda üç hissə oynamışdıq. Biz oynadığımız 90 dəqiqədə 0:0 idi. Üçüncü hissədə isə komandada yoxlanışa gələnlər və gənclər oynadı. Uduzsaq da, bu cür oyunlarda nəticə vacib deyil. Əsas olan hazırlıqdı. Elə ilk oyunda da yaxşı oynamışdıq”.

Qış fasiləsində millimizin üzvü Təmkin Xəlilzadə “Qəbələ”ni “Sabah”a dəyişdi. Raufun fikrincə, Xəlilzadənin yerini doldura biləcək oyunçular var: “Təmkin Xəlilzadə elə oyunçudu ki, hər bir komanda onu öz heyətində görmək istəyər. Milli komandamızın da üzvüdü. Son vaxtlar çox yaxşı oyun sərgiləyir. “Qəbələ”nin heyətində də yaxşı oyunçular var. Yəni Təmkinin yerini dolduracaq, cavan oyunçular var. Amin Seydiyev, Qismət Alıyev kimi oyunçular komandaya xeyir verə bilər. Futboldu da, bu gün burdasan, sabah başqa yerdə, dəyişikliklər ola bilər. Ona karyerasında uğurlar arzu edirəm”.

Təcrübəli hücumçu komandanın yeni transferi, Davit Volkovinin barəsində də fikirlərini bildirib: “Davit də yaxşı oyun göstərir, yaxşı futbolçudu. Fikrimcə, “Qəbələ”yə xeyir verə biləcək gücdədi. O, tam hücumçu oynamır, daha çox cinahlarda oynayır. Amma hücumçu kimi də oynamağı bacarır. Komandada 4-5 futbolçu var, onsuzda rəqabət davam edir. Amma mən rəqabətdən çəkinmirəm. İnanıram ki, yaxşı oynadıqca komandadakı yerimi alacam”.

“Qışdan sonra çempionat daha maraqlı olacaq. Çünki bütün komandalar heyətini gücləndirib. Hamısı da yaxşı hazırlaşır. Fikrimcə, qış fasiləsindən sonra çempionat daha gərgin və daha maraqlı olacaq” – deyə, Rauf Əliyev fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30