25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın futbolçuları sevinsinlər ki, yığmaya çağırılıblar"

Millimizin baş məşqçisi Berti Foqts bu gün keçidiyi mətbuat konfransında "Qarabağ" haqda da danışıb. Futbolxeber.az-ın məlumatına görə, alman məşqçi "Ayntraxt"la mühüm oyunlar öncəsi "Qarabağ"ın futbolçularını milliyə çağırması ilə bağlı sualı belə cavablandırıb: "Beynəlxalq oyunlar futbolçular üçün vacibdir. “Qarabağ”ın futbolçuları sevinsinlər ki, belə matç öncəsi yığmaya çağırılıblar. Almaniya millisi avqustun 14-də Paraqvayla oynayır. Onda baş məşqçi Yoahim Löv “Bavariya”nın futbolçularını çağırmasın? - “Qarabağ”ın əsas futbolçuları məşqdə də zədələnə bilərlər".

Foqts "Qarabağ"ın "Ayntraxt"a qarşı keçirəcəyi oyunlardan da danışıb: "Bu mövsüm "Ayntraxt" ötən mövsümə nisbətən zəifdir. İstəyirəm ki, millidəki futbolçularım Avroliqanın qrupunda oynasınlar. Hesab edirəm ki, "Herta"ya 1:6 hesabı ilə uduzan komandaya qalib gəlmək olar".

Alman məşqçi Qurban Qurbanova paxıllıq etməsi barədə gəzən söz-söhbətlərə belə reaksiya verib: "Məşqçini deyil də komandanı tərifləməkdə təəccüblü nəsə yoxdur. Şadam ki, Qurbanın komandasını play-offa qədər gətirib. Üç həftə əvvəl onunla görüşdüm, mənə planları haqda danışdı. Mən onun istədiyini bilirəm. Qurbana uğurlar arzulayıram. Gələcəkdə “Qarabağ” haqda danışacağam və Qurbanı hökmən xatırlayacağam".

Foqts həmçinin hüquqi cəhətdən başqa təkliflərə baxa biləcəyini, eləcə də, AFFA-nın digər namizdərlə danışıqlar aparmasına ixtiyarının çatdığını deyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30