25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Əfran İsmayılov: "Hər bir komandanın başına belə iş gələ bilər"

"Bakı"nın və milli komandamızın üzvü Əfran ismayılov Futbolxeber.az saytına müsahibə verib.

- "Bakı"nın AZAL-a qarşı keçirdiyi oyunda iştirak etmədin. Klubun saytında da məşqlər zamanı komandadan ayrı çalışdığın yazılıb. Bu, zədəli olmağından irəli gəlir?

- Hə, elədir, zədəm var idi. Əslində ciddi bir problem yoxdur. Hələ təlim-məşq toplanışı zamanı zədə almışdım. Sonradan vəziyyətim düzəlsə də, məşqdə yenidən zədəmi təzələdim. Bu səbəbdən də məşqçilər istirahət etməli olduğumu bildirdilər. Buna görə də AZAL-la matçı kənardan izləməli oldum.

- İlk turda adın iştirak ərizəsində olsa da, meydana çıxmadın. Həmin vaxt da zədən var idi?

- Yox, onda özümü yaxşı hiss edirdim. Sadəcə olaraq, məşqçilər belə məsləhət bildilər.

- Növbəti turda meydana çıxa biləcəksən?

- Hə, inşallah çıxa biləcəm. Çünki hazırda özümü yaxşı hiss edirəm. İstirahət etməyim lap yerinə düşdü. Elə indi də millinin düşərgəsindəyəm. Bir azdan məşqə çıxacağam. Heç bir problem yoxdur.

- "Bakı" yaxşı hazırlıq keçsə də, çempionatın ilk 2 turunda xal qazana bilmədi. Uğursuzluğun səbəbini nədə görürsən?

- Əslində ciddi bir səbəb yoxdur. Sadəcə olaraq, komanda bir qədər nəticə qazanmaqda çətinlik çəkir. Halbuki dediyin kimi, yaxşı hazırlıq keçdik. Komandada hər şey yaxşıdır. Ola bilər ki, heyətdə xeyli sayda yeni oyumçu var. Uyğunlaşmaq üçün bir qədər zamana ehtiyacımız var. Bəlkə də Avstriyada fiziki cəhətdən çox yükləndik. Komandanın özünə gəlməsi üçün vaxt lazımdır.

- Demək, "Bakı"nın növbəti turlardan "qara zolaq"dan çıxacağına inanırsan?

- Əlbəttə. Hər bir komandanın başına belə iş gələ bilər. İnanıram ki, növbəti turdan etibarən komandamız yaxşı nəticələr qazanacaq. Azarkeşləri, rəhbərliyi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- Bəlkə komandada mətbuata, ictimaiyyətə bəlli olmayan, kənardan görünməyən hər hansı bir problem var və məhz bu səbəbdən də komanda uğur qazanmaqda çətinlik çəkir?

- Yox, heç bir problem yoxdur. Komanda məşqlərdə səylə çalışır. İnanıram ki, tezliklə problemlər geridə qalacaq.

- Millinin Malta ilə oyunundan nə gözləyirsən?

- Bu oyunu öz azarkeşlərimiz qarşısında keçirəcəyik. Bu səbəbdən də uğur qazanmaq üçün çalışacağıq. Hər oyunda uğur qazanmaq istəyirik. Bu matç da istisna deyil. Yoxlama oyunu olsa da, qələbə üçün çalışacağıq. Qalib gəlməklə qarşıdakı İsraillə oyuna yüksək əhavl-ruhiyyədə hazırlaşacağıq.

- Bu oyunda qələbə komanda üçün çox vacibdir?

- Əlbəttə. Meydana da məhz qələbə üçün çıxacağıq. İnanıram ki azarkeşlərimi sevindirə biləcəyik.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30