19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Sabah"ın yeni transferi: "Bu, yaxşı məqamdı"

Antalyada təlim-məşq toplanışında olan “Sabah”ın “Tobol”la yoxlama oyunu (2:2) komandanın yeni üzvlərindən Rəşad Eyubov üçün əlamətdar olub.
 
Futbolxeber.az saytının məlumatına görə, matçda hesabı açan yarımmüdafiəçi,“Sabah”da ilk qoluna imza atıb.
 
Rəşad klubun mətbuat xidmətinə oyunla bağlı fikirlərini bildirib: “Oyun çətin keçdi. Yetərincə güclü və sanballı komandaya qarşı oynadıq.
 
Deyə bilərəm ki, məşqdə çalışdıqlarımızın əksəriyyətini meydanda nümayiş etdirə bildik. Bu, yaxşı məqamdı. Lakin öz üzərimizdə hələ çox çalışmalıyıq. Düşünürəm ki, qarşıdakı matçlarda oyun keyfiyyətimizi bir az da artıracağıq.
 
“Sabah”da ilk qolumu vurduğuma görə şadam. Artıq komandaya tam uyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi meydanda yaxşı başa düşürük”. Eyubov qış fasiləsində “Neftçi”dən ayrılmış, “Sabah”la 2,5 illik müqavilə imzalamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30