29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Neftçi"nin futbolçusu qolunun qeydə alınmamasından təəssüfləndi

"Neftçi"nin futbolçusu Emin Mehtiyev Premyer Liqanın ikinci turunda "Rəvan"la oyundan (2:0) sonra klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Mehtiyev sözügedən matçda vurduğu təmiz qolun hakim tərəfindən hesaba alınmamasından təəssüfləndiyini deyib: "AZAL-la ilk turun oyununda da oxşar hal baş vermişdi. Həmin görüşdə Araz Abdullayevin ötürməsindən sonra Bahodir Nasimovun qolu qeydə alınmamışdı. Halbuki Araz topu kənara çıxmamış, yəni, qapı xəttinin üzərindən ötürmüşdü. Bu dəfə isə Ernest Nforun ötürməsindən sonra qol vursam da, hakim Flavinyonun oyundan kənar vəziyyətdə olduğunu qeydə aldı. Həmin anda Flavinyonun zərbəyə müdaxiləsi yox idi. O, qapıçıya da zərbəni qaytarmağa mane olmurdu. İki turdur qollarımız qeydə alınmır. Düzdür, bu yekun nəticəyə təsir etməyib. Lakin həmin qollar qeydə alınsaydı, hazırda məhz “Neftçi” top fərqinə görə turnir cədvəlində birinci pillədə qərarlaşmalıydı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31