19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Riçard Almeyda: "Komandamız üçün ən yaxşısını etməyə çalışacam"

"Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evimdir, ailəmdir".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Riçard Almeyda klubun rəsmi saytına açıqlamasında deyib. Ağdam klubuna qayıdışı ilə bağlı təəssüratlarını açıqlayan braziliyalı yarımmüdafiəçi sonda azarkeşlərə də təşəkkür edib:
 
"Burada hər kəsi tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım və "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam".
 
"Qarabağ" Almeydanı "Astana"dan 1 il müddətinə icarəyə götürüb. 29 yaşlı futbolçu 2012-2018-ci illərdə Ağdam klubunun formasını geyinib. Riçard ötən mövsümün sonunda Qazaxıstan klubu ilə 2 illik müqavilə bağlamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30