19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ayxan Abbasov: "Çalışırıq ki, heyətimizi daha da gücləndirəcək"

"Yanvarın 4-dən etibarən məşqlərimiz davam edir. Futbolçular qış fasiləsindən sonra istər-istəməz tam formada olmurlar, lakin, plana əsasən keçirilən məşqlərdən sonra yoxlama oyunu bizim üçün önəmli idi. Futbolçular da özlərini yaxşı cəhətdən göstərməyə çalışdılar".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov I Divizion təmsilçisi "Şüvəlan"a 4:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib. Gənc mütəxəssis yeni transferlərin komandaya uyğunlaşdığını deyib:
 
"Bugünkü oyunda əsas istəyimiz hərəkətli oyun görmək idi. Yeni transferlərimizin hər üçü bu gün meydanda oldu. Yavaş-yavaş onlar da komandaya uyğunlaşır. Çalışırıq transferlərlə heyətimizi daha da gücləndirək. Bütün mövqelərdə futbolçular arasında rəqabətin olmasını istəyirik. Ümid edirəm ki, Antalya toplanışı ərzində bu məsələni həll etmiş olacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30