25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Startda 2 məğlubiyyət

Premyer Liqanın 2013/2014-cü il mövsümünün startı mükafatlara iddialı paytaxt klubları - “Bakı” və “İnter”in uğursuzluğu ilə əlamətdar oldu. Futbolxeber.az-ın məlumatına görə, hər 2 klub startda minimal fərqli məğlubiyyətlərə üzülərək özləri üçün ənənəvi olmayan autsayderlər sırasına düşdülər.

1999/2000-ci il mövsümündə güclülər dəstəsində “Xəzər Universiteti” adı ilə debüt edən və elə ilk 2 oyunda məğlub olan komanda “İnter”ə çevrildiyi 2004-cü ilin yayına kimi belə uğursuzluqla üzləşməmişdi. Bakılılar 2000/01-də 3, 2001/02-də 4, 2003/04 mövsümündə ilk iki turda 1 xal qazanmışdı. 9 il əvvəl adını dəyişib özü üçün yeni tarixə başlayan “İnter” ilk 7 mövsümündə ilk 2 matçda ən azı 1 qələbə qazanırdı. 2007/08 mövsümündə isə onların qazancı 6 xal olmuşdu. Ötən il də startda qələbə qazana bilməyən “İnter” 2 görüşdə 1 xal əldə edə bilmişdi. Bu dəfə isə indiki adı altında ilk dəfə, ümumilikdə isə 14 ildən sonra ardıcıl 2 yenilgiyə üzüldü.

“Bakı” üçün isə uğursuz start artıq ənənəvi hal alıb. Ardıcıl 4 mövsümdür ki, ilk 2 matçda paytaxtın eyniadlı təmsilçisi qələbə qazanmır. Ötən 2 mövsümdəki start heç-heçələrlə əlamətdar olmuşdu. 2010/11 mövsümünə isə indiki kimi məğlubiyyətlərlə başlayan “Bakı” 3 ildən sonra eyni uğursuzluğa üzüldü. Klub tarixinin daha 3 belə startı isə “Dinamo” və ya “Dinamo-Bakılı” adlandığı dövrlərə təsadüf edib. 1999/2000, 20001/02 və 2003/04 mövsümlərində komanda ilk 2 görüşdən sonra hesabına xal yazmamışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30