24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Qurban Qurbanov: "Daha güclü komanda yaratmağa çalışacağıq"

Türkiyənin "Haber Global" telekanalı Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"dan videoreportaj hazırlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, yeni yaranan kanal Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovdan müsahibə alıb.
 
- Uzun illərdir ki, bu komandanı çalışdırırsınız. Ardıcıl 5 il çempion olmusunuz. "Qarabağ"la qarşıdakı məqsədiniz nədir?
- Öncə sizə təşəkkür edirəm ki, bizimlə gəlib maraqlandınız. Bildiyimə görə, üç aydır ki, fəaliyyətə başlamasınız. Sizə uğurlar arzu edirəm. 5 dəfə çempionluq qazanmışıq, amma elə də asan olmayıb. Son illər Avropa arenasında "Qarabağ"ı daha yaxından tanımağa başladılar. Bu da məsuliyyətimizi daha da artırdı. Çalışacağıq ki, qarşıdakı illərdə uğurlarımız daha çox və bol olsun. Daha da güclü komada yaratmağa çalışacağıq.
 
- Sizin şəxsi karyeranızda hədəfiniz nədir?
- Konkret məqsədim yoxdur. Hər il daha çox çalışmağa, uğur qazanmağa çalışıram. Hansı komandada çalışıramsa, orada bacardığımdan daha artığını etməyə çalışıram.
 
- Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Həm də coğrafi cəhətdən də qonşudurlar. Ancaq bu iki ölkənin futbol klubları arasında transferlər baş tutmur. Bunun səbəbi nədir?
- Bu, bizim üçün böyük problemdir. Əfsuslar olsun ki, təkcə Türkiyədə yox, ümumiyyətlə, Azərbaycandan kənarda legioner həyatı yaşayan futbolçumuz yoxdərəcəsindədir. Çox istərdim ki, futbolçularmız Türkiyə liqasında oynasınlar. Bu liqa Azərbaycan çempionatdan üstündür. Buna görə də çox istərdim ki, bu, reallaşsın. Bunun üçün də zamana ehtiyac var.
 
- Türkiyə Super Liqasını yaxından izləyirsiniz? Favorit komandanız hansıdır?
- Çox baxıram. Türkiyə milli komandasına azarkeşlik edirəm. Oyunlarına baxırıq, dəstəkləyirik. Klublardan isə "Beşiktaş"a azarkeşlik edirəm. Avrokubok oyunlarında isə hər bir Türkiyə klubuna öz komandamız kimi azarkeşlik edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30