25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Bəzilərinin çəkiləri 700-800 qram artıb"

"Uşaqlar fasilə dövründə idmansız qalmayıblar. İstirahət günlərində daim stadionda qaçan, futbol oynayanlar çox olub. Ona görə deyə bilərəm ki, toplanışa hazılıqlı gəliblər”. 
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Etibar İbrahimov klubun rəsmi saytına açıqlamasında deyib. Gənc mütəxəssis Gəncə təmsilçisinin qış hazırlığı barədə danışıb: "Futbolçular çəkilərinə diqqət yetiriblər. Düzdü, bəzilərinin çəkiləri 700-800 qram artıb. Amma bu, problem sayılmamalıdı. Onlara nəzarət olunur, bir neçə məşqdən sonra əvvəlki çəkiyə düşdülər. Hazırlıqda ümumi dözümlülük məşqləri üzərində işləyirik, oyunçular tez bərpa olaraq artıq çəkidən azad olublar”.
 
İbrahimov yetirmələrinin hazırlığa ciddi yanaşdıqlarını da sözlərinə əlavə edib: "Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır, məşqlərdə istənilən səviyyədə çalışırlar. Yanvarın 14-də "Turan Tovuz”la yoxlama görüşümüz var. Həmin matçda futbolçularımız bacarıqlarını ortaya qoyacaqlar. Çalışırıq ki, bir neçə futbolçu da dəvət edib komandanı gücləndirək. İlk dövrədə çəkdiyimiz əziyyəti göz önünə gətirərək limitə uyğun oyunçu tapmaq istəyirik”.
 
Qeyd edək ki, məşq planına əsasən, "Kəpəz” hazırlığın ikinci mərhələsini Bakıda keçirmək niyyətindədir. İbrahimov rəqib qismində I Divizionun iddialı komandaları ilə yanaşı, Premyer Liqa klubları ilə də qarşılaşmaq istədiklərini bildirib. Bu yöndə danışıqlar gedir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30