28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tərlan Əhmədov: "Həmin məbləği ödəmək imkanımız yoxdu"

Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov “Qaradağ Lökbatan”ı 4:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis əvvəlcə təlim-məşq toplanışı barədə danışıb.
 
"Hazırlıq prosesinə yanvarın 5-dən başlamışıq. Ağır yükləmədən sonra bu gün “Qaradağ Lökbatan”la matçda futbolçuların güc və hərəkətliliklərinə baxmaq istəyirdik. Həm bu matçı, həm də 5 günlük toplanışı analiz edəcəyik. Heyətdə 3 yeni futbolçu var. “Zirə”dən Vüsal İsgəndərlini, Türkiyənin BAL Liqasında çıxış edən Emin Mehtiyevi və Qazaxıstanın “Kaysar” klubundan Con Kamaranı götürmüşük. Pleymeyker mövqeyi üçün bir nəfər axtarırıq. Bunun üçün danışıq apardığımız bir neçə oyunçu var. Bu məsələ yaxın günlərdə həllini tapacaq. Beş günlük tsikli normal başa vurmuşuq. Üç gündən sonra Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yola düşəcəyik. Orada da 4 matç keçirəcəyik".
 
- Yerli futbolçuları tanıyırıq. Bəs Kamara barədə nə deyə bilərsiniz?
- Onun oyununa baxmışıq. Noyabrda “Kaysar”ın heyətində keçirdiyi matçı tam izləmişik. Bizə təqdim edilən 20-yə yaxın futbolçunun içindən oyun tərzimizə ən yaxın olanı, bəyəndiyimiz Kamara oldu. Təxminən, 20 gün idi məşq etmirdi, tam formada deyil. Buna baxmayaraq, bu gün də bəzi epizodlarda onda görmək istədiyimiz keyfiyyətlərin şahidi olduq.
 
- Litvanın “Jalqiris” komandasından Jeremi Manzorronu da transfer edəcəyiniz deyilirdi. Bu məsələ nə yerdədir?
- Bəli, belə bir futbolçu var, təklif də göndərmişik. Amma o daha çox pul istəyib. Bizim də həmin məbləği ödəmək imkanımız yoxdur. Həm də seçim qarşısındadır, vaxtilə birgə çalışdığı baş məşqçi onu Qazaxıstana çağırır. Ona görə də gündən-günə məbləğ qalxır. Bəlkə də bizim təklifdən sonra öz qiymətin qaldırıb, onu deyə bilmərəm. Bu transferin üzərində ayyarım idi işləyirdik. Lakin təəssüf ki, məsələyə nöqtə qoyulub.
 
- Bir pleymeyker axtardığınızı dediniz. Komandaya cəmi bir legioner gələcək?
- Üç nəfər götürmüşük, biri də gələcək. Yəni, qış fasiləsində 2 yerli, 2 əcnəbi götürmüş olacağıq. Əlimizdə olan vəsaitə uyğun futbolçu seçirik.
 
- Belə başa düşdük ki, heyətdəki oyunçuların sayı azalacaq. Çünki qış fasiləsində 7 futbolçu göndərdiyiniz halda, 4-nü götürürsünüz...
- Bəli, 4 oyunçu transfer etmişik. Həmçinin Cavid Əliyevi əvəzedici heyətdən götürmüşük, 19 yaşındadır. Orxan Fərəcov var, “Neftçi”də U-19-da oynadığı vaxtdan onun istedadına bələdəm. 17 yaşlılarda Pərviz Azadov var, dünənə qədər bizimlə məşqlərdə idi. Artıq akademiyaya da üz tutmuşam. Kəmiyyətin çox, keyfiyyətin aşağı olmasını istəmirəm. Bəzi futbolçuları ehtiyatda oturtmaq mənim üçün ağır olur. Amma bu uşaqlara da şans vermək lazımdır. Potensialları böyükdür. Üstünlük verdiyim cavanları da əsas komandaya cəlb edəcəyəm.
 
- Vaqif Cavadovun məsələsinə nöqtə qoyulub?
- Dekabrda klub prezidenti Zaur Axundovla söhbətimiz oldu. Transfer məsələlərində bütün səlahiyyət mənə verilib. Komandanı qurmaq üçün yeni futbolçular dəvət etməli, bəziləri getməli idi. Amma bu, o demək deyildi ki, yaramırdı. Şans verdik ki, başqa klubda daha çox oynamaq imkanı var. Bizdə qalsa, şansı olmayacaqdı. Yarım mövsüm ehtiyatda oturmaq və ikinci hissədə də eyni şeyi etmək yaxşı olmaz. Mənim tərəfimdən bu məsələyə son qoyulub. Digər işlərə, futbolçuların köhnə müqavilələrinə qarışmıram. Bu, Vaqif üçün də gedib hardasa oynamaq baxımından bir imkandır.
 
- Xidmətinə ehtiyac duymadığınız qapıçı Orxan Sadıqlı deyib ki, “Keşlə”də bəzi məşqçilər var, adlarını mömin qoyublar, ancaq futbolçunun puluna qarışırlar. Bu barədə nə deyə bilərsiniz?
- Dünən mənə çatıb, bu barədə deyiblər. Kimin mömin, kimin kafir olması Allaha məxsus məsələdir. Mənim işlədiyim komandada dini təriqət söhbəti və irqi ayrıseçkilik ola bilməz. Bu, qəbulolunmazdır. Hamımız ibadət edən insanlarıq. Yeri gələndə, başqa təriqətin insanları ilə ibadət edirəm. Hamı üçün Allah birdir. Hamı özü dərk etdiyi formada ibadət edir. O sözü deyən adam izahını da özü verməlidir. Mən baş məşqçi postuna gələndə komandada 3 qapıçı vardı – Kamran Ağayev, Davud Kərimi və Şahin Zəkiyev. Onlara üstünlük vermişəm və inanıram. Səhvlərimiz olsa da, güvənirəm. Mənə qədər nə olub, Orxan Sadıqlı komandadan necə və niyə gedib – bunu açıqlamıram. İstəmirəm onun gələcək karyerasına mənfi təsiri olsun. Ona yaxşı yol. İlk gündən Orxan Sadıqlı mənim siyahımda olmayıb.
 
- Fiziki hazırlıq üzrə məşqçiniz Aleksandr Karakliç komandanı tərk etdi. Onun yerinə başqa mütəxəssis götürəcəksiniz?
- Gözlənilməz gediş oldu. Dekabrın 30-da zəng vurub "Getmək istəyirəm, Çindən təklifim var" dedi. Bildirdi ki, ona buradakından 4-5 qat artıq maaş verirlər. Klub prezidenti ilə belə məsləhət oldu ki, yaya qədər fiziki hazırlığa özümüz baxaq. “Neftçi”də işləyəndə, komanda Avropa Liqasının qrupuna düşən vaxtı fiziki hazırlığa mən baxırdım. Bu işi bilirəm. Lazım olsa, yayda bu məsələyə baxılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31