24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Azərbaycanın Macarıstanla səfər matçında xal götürmək şansları var"

“AVRO-2020-nin seçmə mərhələsində ilk iki oyun bizim üçün çox önəmlidi. Martın 21-də Slovakiyanın qonağı olacaq, üç gün sonra isə Xorvatiyanı qəbul edəcəyik”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə E qrupunda yer alan Macarıstanın qapıçısı Peter Qulaçi “Origo Sport”a müsahibəsində deyib.
 
Almaniyada “Leyptsiq”in formasını geyinən 28 yaşlı oyunçunun sözlərinə görə, əsas məsələ daxili balansın olmasıdı: “Komandadakı balansı daha da yaxşılaşdıra bilsək, bu, qrupda ikinci yer uğrunda mübarizədə həlledici ola bilər.
 
Xorvatiya Azərbaycan və Uelsin də olduğu qrupda seçilir. Amma bu iki komandanın da Macarıstanla səfər matçında xal götürmək şansları var”.
 
P.Qulaçi deyib ki, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazansalar, evdə keçirəcəkləri qrup oyunlarından ikisində qalib gəlmələri mümkündü: “Yaxşı komanda oyunu Xorvatiya ilə Slovakiyadan xal almağımıza kömək edər və bu yolumuza davam etmək üçün güclü təkan ola bilər.
 
AVRO-2020-nin final mərhələsinin oyunlarının keçiriləcəyi Budapeştdəki Ferents Puşkaş adına yeni stadionda matça çıxmaq millinin hər bir oyunçusu üçün əlavə motivasiyadır. Final mərhələsinə vəsiqə qazansaq, mütləq evdə iki görüşdə qalib gələcəyik”.
 
Azərbaycan Macarıstan ilə iyunun 8-də evdə, oktyabrın 13-də isə səfərdə qarşılaşacaq.,
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30