25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Filip Ozobiç: "Qəbələ"ni qoyub getdiyim üçün onlardan üzr istəyirəm"

"Avrokuboklarda çoxlu oyun keçirdik. Beynəlxalq matçlarımız daha çox olduğundan baş məşqçimiz çempionat oyunlarında rotasiyalar etdi.  Ümid edirəm ki, çempionatın sonunda titul əldə edəcəyik. Birinci pillədəki "Neftçi" bizdən 3 xal öndədir. Orada iki xorvatiyalı - Qoran Paratski və Slavko Braliç də çıxış edir".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç  deyib. Xorvatiyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına danışıb. O, öncə "Qəbələ"dən "Qarabağ"a keçidi barədə fikirlərini bildirib: "Qəbələ"ni qoyub getdiyim üçün onlardan üzr istəyirəm. Amma bu, futboldur. Ayrılıq qərarı bir qədər üzücü oldu. Onlar zarafatca soruşurdular ki, nəyin çatmırdı. Amma indi mənim klubum "Qarabağ"dır".
 
Futbolçu AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya millilərinin eyni qrupa düşmsəinə münasibət bildirib. O, Xorvatiyanı qrupun aşkar favoriti adlanıdırıb: "Azərbaycanlı oyunçuları tanıyıram. "Qarabağ" millinin onurğa sütunudur.  Əksər futbolçuların beynəlxalq oyun təcrübəsi var. Onların arasında Mahiri fərqləndirərdim. Gənc hücumçu böyük potensiala, sürətli və sol ayaqla oynamağa qadirdir. "Qarabağ" onun üçün özünü xaricdə göstərmək baxımından yaxşı tramplindir. Xorvatiya mütləq qrup birincisi kimi mərhələ adlayacaq".
 
Ozobiç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisindən gedişi ilə bağlı sualı cavablandırarkən bunun səbəbini bilmədiyini qeyd edib: "Nəyin baş verdiyini bilmirəm. Qurbanov "Qarabağ"da özünü yaxşı baş məşqçi kimi göstərdi. Öz komandasını sevən, topla oyunu və matça nəzarət etməyi sevən mütəxəssisdir".
 
28 yaşlı futbolçu Azərbaycan millisində oynamaq perspektivindən də danışıb: "Vətəndaşlıq üçün şərtləri yerinə yetirsəm və mənə zəng etsələr, mütləq təklifi qəbul edəcəyəm. "Qarabağ"la ötən yay 2+1 illik müqavilə bağlamışam. Orada işlərim qaydasındadır. Xorvatiyanın böyük klublarda yüksək səviyyəli futbolçuları olsa da, Azərbaycana qarşı oynamaq çətindir. Təəssüf ki, "Hayduk"da çıxış etdiyim vaxt zədələndim və nəyə qadir olduğumu göstərə bilmədim. Bilmək olmaz ki, bu, olmasaydı, karyeranda hansısa dönüş ola bilərdimi? Amma mən xoşbəxtəm, "Qarabağ" xoşuma gəlir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30