28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Rəvan" növbəti transferini reallaşdırdı

"Rəvan" növbəti transferini reallaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, komanda Mişel Patrik Balokoq Nak ilə 1 illik müqavilə bağlayıb. Mişel Balokoq mərkəz xavbekidir. O həm dayaq yarımmüdafiəçisi, həm də hücumameyilli xavbek kimi oynaya bilir. Sentyabrda 27 yaşı tamam olacaq Mişel vətənində "Kotonsport”un şərəfini 3 mövsüm qoruduqdan sonra Avropaya – Sloveniyaya transfer olunub. Burada isə 1 il 7 ay ərzində "Domjale”nin uğurları üçün çalışıb. Vətənində 2 dəfə ölkə çempionu, 3 dəfə isə kubokun qalibi olan Mişel Sloveniya klubunda son mövsümdə 14 oyunda meydana çıxıb və bürünc medallara sahib çıxıb. O, 2011-ci ildə Kamerun millisinin heyətində Afrika Millətlər Çempionatında da iştirak edib. Mişel "Rəvan"a keçidini belə şərh edib: "Həyatımda müəyyən dəyişiklik etmək, klubu, şəraiti dəyişmək istəyirdim. Çünki sabiq klubumda müəyyən problemlərim var idi. Zədələnəndən sonra baş məşqçi məni oynatmırdı. "Domjale” ilə hələ 1 illlik müqaviləm var idi. Ancaq rəhbərliklə danışıb qarşılıqlı razılıq əsasında yolları ayırmaq qərarına gəldik. Belədə "Rəvan”ın təklifi məni lap razı saldı. Sloveniya toplanışında az da olsa, iştirak etdim və komanda haqda müəyyən təsəvvürüm var idi. Ona görə də "Domjale” rəhbərliyindən məni buraxmalarını xahiş etdim. Azərbaycanda karyeramın yeni səhifəsini açıram. Ümidvaram ki, hər şey gözlədiyimdən də yaxşı olacaq. Artıq qarşıdakı oyunda meydana çıxmaq istəyirəm. Bir neçə gündür komanda ilə birgə məşq edirəm, özümü baş məşqçiyə göstərməyə çalışıram. Özümü oynamağa hazır sayıram və baş məşqçidən şans gözləyirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31