24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Neftçi"nin forvardı ilin futbolçusu seçildi

Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Mirabdulla Abbasov “Futbol+” qəzetinin keçirdiyi ənənəvi sorğuda 2018-ci ilin ən yaxşı oyunçusu seçilib. 
 
Futbolxeber.az saytının məlumatına görə, ötən gün yekunlaşan sorğuda paytaxt klubunun futbolçusu 228 xalla bütün rəqiblərini qabaqlayıb.
 
İkinci yeri millimizin və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev tutub - 207 xal. İlk üçlüyü isə Medvedevin komanda yoldaşı Qara Qarayev tutub – 148 xal.
 
Sorğuda 170 respondent iştirak edib. Onların arasında Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, futbol funksionerləri, veteranlar, hakimlər və jurnalistlər yer alıblar.
 
Respondentlər 10 namizəd arasından 3 ən yaxşı futbolçunu seçməli olublar.  Abbasov geridə qalan il ərzində “Neftçi”nin heyətində Premyer Liqa çərçivəsində 10 qola imza atıb.
 
23 yaşlı futbolçu bu ilin noyabr ayında Azərbaycan yığmasında debüt matçına çıxıb. Səsvermənin bütün nəticələri:
 
1. Mirabdulla Abbasov (228 bal)
 
2. Maksim Medvedev (207)
 
3. Qara Qarayev (148)
 
4. Mahir Mədətov (99)
 
5. Təmkin Xəlilzadə (80)
 
6. Emin Mahmudov (67)
 
7. Riçard Almeyda (58)
 
8. Araz Abdullayev (45)
 
9. Kamran Ağayev (35)
 
10. Ruslan Qurbanov (3).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30